Almaniyda « Azərbaycan 19 » əməliyyatı

15-11-2019, 09:48   

(əməliyyatın kod adı şərtidir)

Almaniya federal polisi Azәrbaycandan Almaniyaya mühacir daşıyan dəstəni ifşa edib vә bu işlә bağlı xeyli azәrbaycanlının evindә vә ofisindә axtarış aparılıb, 60-a yaxın şəxs həbs edilib. Qeyd edilməlidir ki, bu günə qədər ABŞ, Kanada, Avropada siyasi sığınacaq istəyən azərbaycanlıların 99 %- nin Azərbaycanda problemi olmayıb. Bu işin bir ucu da Avropa ölkələrinin Azərbaycandakı səfirliklərinə çıxmalıdır. Hamımız çox gözəl bilirik ki, Bakıdakı bir neçə Avropa ölkəsinin konsulluğu konkret olaraq bazara çevrilib. İstədikləri məbləği ödəyib rahat vizanı alırsan.

Beləliklə, Almaniya Federal Kriminal polisi Frankfurt, Köln, Wiesbaden, Koblens vә Düsseldorf şәhәrlərində 13 ev və obyektə basqın edib. Axtarış nəticəsində xeyli sənəd ələ keçirilib və 8 nəfər saxlanılıb. İddiaya görə basqın olunan evlərdə yaşayanlar 3-10 min euro müqabilində Azərbaycandan siyasi statusla mühacir daşıyırmış. Artıq xeyli sayda adam saxlanılıb. Qrup üzvlərindən bəzilərinin mühacir alverindən 300 000 avroya qədər qazandığı bildirilir. Həbs edilənlərin indiyə olan siyahısı budur :
Elçin Əkbərov – Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib.
İlham Həsən – Müsavat Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) sədri
Mehdi Xəlilbəyli – Avropada yaşayan siyasi mühacir, Müsavat partiyasının üzvü, Müsavat AKM sədr müavini
Abdin Cavadov – Müsavat AKM-in üzvü, Mehdi Xəlilbəylinin qohumu
Əlövsət Əliyev – “Legat” İnteqrasiya Mərkəzinin sədri
Rəşad Məmmədov – Almaniyanın Koblenz şəhərinə yaxın olan Neuwied adlı şəhərdə yaşayan siyasi mühacir, Mehdinin sürücüsü
Elşən Abdullayev – Almaniyada yaşayan siyasi mühacir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.