İngilis kəşfiyyatçının İstanbulda müəmmalı ölümü və arvadı ilə bağlı sirli FAKTLAR, FOTOLAR, VİDEO

15-11-2019, 17:25   


 

Onun Böyük Britaniya və ABŞ kəşfiyyatı tərəfindən öldürüldüyü iddia olunur ...

İstanbulda ölü olaraq tapılan keçmiş kəşfiyyatçı Ceyms Qustav Edvard le Mesuryenin həyat yoldaşı ilə bağlı yeni məqamlar ortaya çıxıb. 

Musavat.com xəbər verir ki, sabiq kəşfiyyatçının İsveç əsilli həyat yoldaşı Emma Hedvig Kristina Vinberg Orta Şərq və Asiya ölkələrində müxtəlif qeyri-hökumət təşkilatlarında çalışıb.

İngiliz ajanın ölümündeki sır perdesi aralanıyor

Kristina Vinberg həyat yoldaşının yaratdığı xeyriyyəçilik qurumunda da direktor vəzifəsində işləyib. Qurumun rəsmi səhifəsində özü haqqında bir çox məlumatları qeyd edən Kristina Vinberg, Əfqanıstan, Suriya, Şərqi Qüds, İraq və İstanbulda məcburi köç, zorakı ekstremizm və iqlim dəyişikliyi mövzularında işlər gördüyünü bildirib.  Ceyms Le Mesurye “Ağ dəbilqəlilər” hərəkatının qurucusu kimi də tanınır.

Son dakika: İstanbul'da ölü bulunan ajanın eşiyle ilgili flaş detay!

Kristina Vinberg ingilis, İsveç və ərəb dillərini mükəmməl bilir. O, 10 ilə yaxın Böyük Britaniyanın Orta Şərq və Cənubi Asiyadakı səfirliklərində də işləyib.

Edvard le Mezuryenin qurduğu "MAYDAY RESCUE" təşkilatı onun ölümü ilə bağlı bəyanat yayıb.

erkek cesedi bulundu

Təşkilatdan Ceyms Le Mesuryenin heç vaxt kəşfiyyatçı olmadığı bildirilib:

"MAYDAY RESCUE " təşkilatının qurucusu olan Ceyms Le Mesurye həyatını müharibə şəraitində və təbii fəlakət nəticəsində köməksiz qalan insanlara həsr edib. Onun ən böyük gördüyü işlərdən biri Suriyada köməksiz qalan çox sayda insana yardım etməsi olub.  Ceyms Kral Ordusu Akademiyası tərəfindən İngilis Ordusuna bir zabit olaraq təyin edilmişdi və Kral Yaşıl Gödəkçələr piyada birliyinə qoşulmuşdu. Ceyms heç bir zaman ingilis kəşfiyyatında çalışmayıb. Təşkilat adından dünya mediasına müraciət edirik. Ceyms haqqında bu cür yalnış informasiyaların yayılmasına yol verməsinlər".

Qeyd edək ki, bir neçə gün öncə İstanbulda ölü tapılan Ceyms Le Mesuryenin cəsədi morqda saxlanılır. Hadisə ilə bağlı 14 nəfərin ifadəsi alınıb. Alınan ifadələr arasında  Böyükadada kirayə götürdüyü villasında Ceymsin ev işlərini görən özbək əsilli Gül Feyzullayevanın dedikləri diqqət çəkib. 

Gül Feyzullayeva ile ilgili görsel sonucu

Gül Feyzullayeva Ceymsin öldüyü gecə özündə olmadığını və yaxşı görünmədiyini bildirib: “Ceyms şənbə günü heç özündə deyildi, həmin gecə çox gərgin idi və çox stresli görünürdü. Onun nəyə görə narahatlıq keçirdiyini deyə bilmərəm, amma özünü yaxşı hiss etmədiyini dedi və həmin axşam yemək yemədi. Təzyiqini ölçdüm, qalxmışdı. Narahat oldu və xəstəxanaya getdi. İynə vurdular, həb verdilər və həmin gecə evə döndü. Həmin axşam Ceyms saat 23.00 radələrində siqaret çəkmək üçün çölə çıxdı. Sonra yataq otağının pəncərəsinə baxdım və yatdığını gördüm, çünki otağın işıqları sönmüşdü”.

Qulluqçunun sözlərinə görə, ertəsi gün Ceyms və arvadı Emma Uinberq İstanbula dönüblər. Və onları daha sonra görməyib. Feyzullayeva deyib ki, Ceyms son vaxtlar yuxusuzluqdan əziyyət çəkirdi.

İlkin variant olaraq Ceyms Le Mesuriyenin intihar etdiyi düşünülür. Lakin onun Böyük Britaniya və ABŞ kəşfiyyatı tərəfindən öldürülməsi iddiaları da var. Ceyms Le Mesuriyenin “Ağ dəbilqəlilər” təşkilatı neçə vaxtdır, Suriyada Əsəd rejiminin kimyəvi silahlardan istifadə etdiyinə dair dezinformasiyalar yaymaqda ittiham olunurdu.

Bəşər Əsəd Ceyms Le Mesuryerin ölümünün Mərkəzi Kəşfiyyat İdarəsinin işi olduğunu bildirib. B.Əsəd bildirib ki, o, Mərkəzi Kəşfiyyat İdarəsi üçün lazımsız bir agentə çevrilmişdi və bu səbəbdən öldürülüb.

Turan Oruc
Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.