Kriminal hesablaşma, yoxsa qisas?- Keşlədə avtomatla törədilən qətlin təfərrüatı

16-11-2019, 19:24   


Paytaxtın Keşlə qəsəbəsindəki güllələnmə hadisəsinə görə məhkəmə keçirilib. Hadisənin baş verməsinin yeni təfərrüatları məlum olub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Zaur İsmayılovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilir.

Zaur İsmayılova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29, 120.2.7-ci (iki və daha artıq şəxsi qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.

Hadisə ötən il dekabrın 29-da Keşlə qəsəbəsində baş verib.

Zaur İsmayılov odlu silahdan açdığı atəşlə “Hyundai” markalı avtomobili idarə edən Tural Babayevi və sərnişin Asif Bağırovu güllələyib.

Hadisəni törətmiş Z.İsmayılov könüllü olaraq Nizami RPİ-yə gedərək təslim olub və cinayəti törədərkən istifadə etdiyi “AK” markalı silahın yaşadığı Keşlə qəsəbəsindəki evdə olmasını bildirib.

1991-ci il təvəllüdlü Tural Babayev hadisə yerində ölüb. 1988-ci il təvəllüdlü Asif Bağırov isə 1 saylı Şəhər Kliniki Xəstəxanası çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.

İlkin məlumat belə idi ki, hadisə kriminal qruplaşmalar arasında “hesablaşma” zəminində olub.

Hadisə baş verən zaman "Sputnik Azərbaycan" hüquq-mühafizə orqanlarına istinadən xəbər verirdi ki, vaxtilə Rövşən Lənkəranskinin klanına daxil olmuş şəxs "Lotu Quli"nin adamını odlu silahla öldürüb.

Məlumatda bildirilirdi ki, araşdırma zamanı məlum olub ki, İsmayılov vaxtilə "qanuni oğru" Rövşən Caniyevin (Rövşən Lənkəranski, 2016-cı ilin avqustunda İstanbulda qətlə yetirilib) rəhbərlik etdiyi kriminal qruplaşmaya daxil olub. Qətlə yetirilmiş Tural Babayev isə digər "qanuni oğru" Nadir Səlifovun (Lotu Quli) klanına daxildir. İddia edilirdi ki, münaqişəyə səbəb Babayevin təzyiq vasitəsilə İsmayılovu öz bandası tərəfə keçirməyə təhrik etməyə çalışması olub. İsmayılov isə Babayevin bu təhrikini qətiyyətlə rədd edib və onun cavabını onu fiziki cəhətdən aradan götürməklə verib.

rövşən quli ile ilgili görsel sonucu

Məhkəmədə isə hadisənin başqa səbəbdən baş verməsi ilə bağlı iddia səsləndirilib.

Belə ki, təqsirləndirilən şəxs hadisənin kriminal hesablaşma olmadığını deyib. Bildirib ki, mərhum Turalla bir məhəllədə yaşayıblar. Həmin ərəfədə Tural həbsdən yeni çıxıbmış. Zaurun dediyinə görə, Tural həbsdən çıxandan sonra dostları ilə görüşüb. Məclisə çağırılan Zaura Tural irad bildirib. Deyib ki, həbsdə olan zaman onun yanına niyə gəlməyib?

Zaur deyir ki, Tural ona buna görə ona 4 min manat "tas" qoyub. Bildirib ki, həmin məbləği çatdırmalıdır. Buna görə də tərəflər arasında bir neçə dəfə mübahisə olub.

Həbs edilən Zaur deyir ki, artıq özü və ailəsi təhlükədə olub. Sonuncu hadisə baş verən gün isə ailəsini evdən göndərib.

taradı ile ilgili görsel sonucu

Zaur qardaşı ilə ailəsini qohumlarının evinə yola salıb. Bu ərəfədə isə Zaur evdə olan silahı hazır vəziyyətə gətirib.

Qətlə yetirilən Tural isə dostu ilə birlikdə Zaurun maşınını təqib edib. Məhəlləyə qayıdanda isə Zaur əlində silahla Turalın idarə etdiyi maşını atəşə tutub.

Zaur atəş aça-aça maşının ətrafında dövr edib. O, bütün istiqamətdən maşında olan şəxslərə atəş açıb. Daha sonra da silahı evə qoyaraq hadisə yerindən uzaqlaşıb. Bir müddət sonra isə polisə gedərək təslim olub.

Hadisə zamanı güllə yaraları alan Asif hadisənin təfərrüatı barədə tam məlumatlı olmadığını deyib. Turalla Zaur arasındakı mübahisədən xəbərsiz olduğunu iddia edib.

Məhkəmə araşdırması davam etdirilir.

İlkin Muradov
Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.