Tbilisidə etirazçılar parlament binasını blokadaya alıblar

18-11-2019, 11:12   

Tbilisidə etirazlarFotonun müəllifiAFP

Tbilisidə etirazçılar Gürcüstan parlamentində proporsional seçki sisteminə keçidlə bağlı qanun layihəsinin uğursuzluğundan sonra hakimiyyətin istefa verməsini və növbədənkənar seçkilərin keçirilməsini tələb ediblər.

Aksiya iştirakçıları və müxalifət liderləri parlament binasının qarşısına çadırlar quraşdırıb və binanın darvazalarına simvolik qıfıllar taxıblar. Etirazçılar parlamentə etiraz edəcəklərini və hakim partiyanın deputatlarının binaya girişinə imkan verməyəcəklərini deyirlər.


""Gürcü arzusu" partiyasının heç bir deputatı bu binanın hər hansı bir qapısından içəri daxil olmayacaq", - müxalif "Avropa Gürcüstanı" partiyasının liderlərindən biri Gigi Ugulava deyib.

"Əgər parlament kifayət etməyəcəksə, sonrakı katiblik, şəhər meriyası, digər şəhərlər, rayon mərkəzləri olacaq. Növbədənkənar proporsional seçkilər elan olunanadək "Gürcü arzusu" partiyasının heç bir nümayəndəsi hər hansı hökuməıt binasına daxil ola bilməyəcək", - Gigi Ugulava əlavə edib.

Tbilisidə etirazlarFotonun müəllifiEPA

Gürcüstanda müxalifət və cəmiyyətin etirazları noyabrın 14-də parlamentdə 2020-ci ildə proporsional seçki sisteminə keçidlə bağlı konstitusiya dəyişikliyinin uğursuzluğundan sonra başlayıb.

Müvəqqəti hökumət və növbədənkənar seçkilər

Parlamentdə səsvermədən və konstitusion dəyişikliklərin uğursuzluğundan sonra müxalif partiyalar gələcək planların müzakirəsi üçün müxalif partiyalardan birinin ofisində görüşürdülər.

Müxalifətçilər planlarını vətəndaş cəmiyyətinin fəalları ilə də razılaşdıracaqlar. Onlar çadırlar quraşdıraraq Rustaveli prospektində hərəkəti dayandırıblar.

Tbilisidə etirazlarFotonun müəllifiAFP
Image captionParlament binasının qarşısında minlərlə insan toplaşıb

Etirazçılar proporsional seçki sistemi ilə növbədənkənar seçkilərin keçirilməsini və hökumətin istefasını tələb edirlər. Bu tələbləri etirazlar zamanı "Yeni Gürcüstan" partiyasının lideri Georgi Vaşadze səsləndirmişdi.

O, bunu hökumətə irəli sürüləcək ultimatum adlandırıb və parlament binasının qarşısında toplaşan etirazçılardan bu tələbə razılıq əlaməti olaraq əl qaldırmağı xahiş edib.


Georgi Vaşadzenin sözlərinə görə, onlar növbədənkənar seçkilər və hökumətin istefasından başqa növbəti seçkilərin keçirilməsi üçün müvəqqəti hökumətin qurulmasını və Tbilisidə 20 iyul hadisələri ilə bağlı saxlananların sərbəst buraxılmalarını tələb edirlər.

"Bizim qələbə planımız var. Biz, yekun qələbəyə çatmaq üçün bu gün, sabah və sonrakı gün nə etməli olduğumuzu bilirik", - George Vaşadze deyib.

Qanun layihəsinin uğursuzluğu o deməkdir ki, Gürcüstan proporsional seçki sisteminə 2024-cü ildən keçəcək, gələn ilki parlament seçkiləri isə qarışıq sistemlə keçiriləcək. Seçicilər 77 deputatı proporsional, 73 deputatı isə majoritar seçki sistemi ilə seçəcək.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.