Hakimlərə 10 min manat maaş, ev, maşın verilsin: Deputat tələb etdi

19-11-2019, 13:04   


Hakimlərə 10 min manat maaş, ev, maşın verilsin: Deputat tələb etdi

Hakimlərə 10 min manat maaş verilsin. 

Cebhe.info xəbər verir ki, bu təkliflə Milli Məclisin plenar iclasında deputat Qüdrət Həsənquliyev çıxış edib. Q.Həsənquliyev bildirib ki, məhkəmə hakimlərinin iqtisadi cəhətdən təmin olunması vacibdir: 

“Məhkəmə hakimlərinin evi yoxdursa, mənzillə təmin olunmalıdırlar. Əvvəl bunun bağlı qanun var idi, sonradan təəssüf ki, bu maddə qanunvericilikdən çıxarıldı. Hesab edirəm ki, məhkəmə hakimlərinin mənzillə təmin olunması məsələsinə yenidən baxılmalıdır. Digər tərəfdən, onlara xidməti avtomobil verilməlidir. Bunlarla yanaşı, məhkəmə hakimlərinə müasir tələblərə cavab verən əməkhaqqı təsis edilməlidir. Hesab edirəm ki, hakimlərə 10 min manat əmək haqqı verilməlidir”. 

Vilayət Muxtar
Cebhe.info


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.