Tbilisidə parlament binası qarşısında etiraz aksiyası bərpa edilib.
APA-nın yerli bürosu xəbər verir ki, aksiyanın keçirildiyi əraziyə bu gün əlavə çadırlar quraşdırılıb. Əraziyə hüquq mühafizə orqanı əməldaşları cəlb edilib. Rustaveli prospektində avtomobillərin hərəkəti maneəsiz davam edir.
Qeyd edək ki, bu Gürcüstan parlamentinin proporsional seçki sisteminə keçidi nəzərdə tutan konstitusiya düzəlişini qəbul etməməsindən sonra Tbilisidə ardıcıl 6-cı mitinqdir. Bu gün mitinqdə müxalifətin yeni fəaliyyət planını elan etməsi gözlənilir.