İranda internetin tamamilə kəsilməsinə baxmayaraq etirazlarda baş verən qırğınlar və hökumətin sərt repressiyaları ilə bağlı xəbərlər almaq mümkün olur.
Cebhe.info-nun məlumatına görə, hökumət informasiya blokadası yaratsa da, bir sıra şəhərlərdə molla rejiminə qarşı xalq üsyanının davam etdiyi bildirilir.
Yayılan məlumatlarda qeyd edilir ki, son günlər ölkənin müxtəlif şəhər və bölgələrində rejim qüvvələrinin atəş açması nəticəsində güllə yarasından həlak olan dinc etirazçıların sayı 251-ə, yaralananların sayı 3700-ə, həbs edilənlərin isə sayı 7 min nəfərə çatıb. Küçələrdə qətlə yetirilən etirazçılar arasında qadınlar və yeniyetmələr də var. Bildirilir ki, müxtəlif şəhərlərdə əsas küçə və meydanlar polis və təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə götürülsə də, etirazlar noyabrın 20-də Xuzistan əyalətinin bir sıra şəhərlərində, Şirazda və bəzi digər əyalətlərdə davam edib. Hazırda ölkədə elan edilməmiş fövqəladə vəziyyətin hökm sürdüyü bildirilir. Həmçinin son günlər İranın müxtəlif şəhərlərində hökumət qüvvələri tərəfindən qətlə yetirilən yüzlərlə etirazçının adları tədricən hüquq müdafiəçiləri tərəfindən mediaya açıqlanır. Həmçinin qeyd olunur ki, etirazlarda yaşanan qarşıdurmalar zamanı ən azı 7 SEPAH və “Bəsic” muzdlusu həlak olub, 15-ə yaxın dini mədrəsə etirazçılar tərəfindən yandırılıb.
Etirazların davam etdiyi xəbər verilir.
Müşfiq Abdulla
Cebhe.info