Amerikada kitab oxumayan kimlərdir? –“PEW” ARAŞDIRMASI

23-11-2019, 15:33   

Endrü Perrin

Pew”, 26.09.2019

 

“Pew” Araşdırma Mərkəzinin yanvarın 8-dən fevral ayına qədər apardığı araşdırmaya görə, ABŞ-ın yaşlı əhalinin təxminən dörddə biri (27%) son bir ildə çap, elektron və ya audio formatında kitab oxumadığını bildirib.

Bəs kitab oxuyanlar kimlərdir?

Tədqiqatlar göstərib ki, bəzi demoqrafik əlamətlər mütaliəsizliyə izah verir. Məsələn, orta məktəb attestatı və ya diplomu olmayanlar, bakalavr və ya elmi dərəcəsi olanlara nisbətən sorğuya qədər 12 ay ərzində heç bir formatda kitab oxumadığını bildirib. Bu, yüksək göstəricidir (44% və müvafiq olaraq 8%).

Aşağı təhsil səviyyəli böyüklərin 2011-ci ildən 2016-cı ilə qədər elektron kitab oxumaq üçün istifadədə ciddi artım üçün əsas olan cihaza – smartfonlara sahib olma ehtimalı azdır. (Kollec təhsilli böyüklərin bu cihazlara sahib olmaq və istifadə etmək ehtimalı daha yüksəkdir. Onlara e-kitab oxumaq üçün məhz smartfon lazımdır.)

Ev təsərrüfatlarının illik gəliri 30.000 dollar və ya bu rəqəmdən az olan böyüklər, illik 75.000 dollar və ya daha çox qazanan ev təsərrüfatlarında yaşayanlardan daha çox kitab oxuyanlardır (14% qarşı 36%).

İspandillilər (40%) və zənci (33%) böyüklər ağlarla (22%) müqayisədə son 12 ayda kitab oxumadığını bildirib.

Lakin ABŞ daxilində və xaricində anadan olan ispandillilər arasında fərqlər var: xarici əsilli latın amerikalıların 56% -i ABŞ-da doğulan ispandillilərlə (27% ) müqayisədə bir kitab belə oxumadığını açıqlayıb.

Fərqlər açıq olsa da, kitab oxumama cins, yaş və icma tipinə görə dəyişir.

Bu gün son 12 ayda heç bir kitab belə oxumadığını bildirən amerikalıların nisbəti təxminən 10 il əvvəl olduğundan daha yüksəkdir. Baxmayaraq ki, bu müddət ərzində bir sıra dalğalanmalar olub.

Böyüklərin 27% -i bildirib ki, qədər keçən il heç bir kitab oxumayıb.

2011-ci ildə bu göstərici 19% idi, ancaq bunu 2015-ci ildə də eyni sayda (27%) insan söyləyib.

Kitab oxumayanları xarakterizə edən eyni demoqrafik əlamətlər kitabxanaya getməyənlərə də aiddir. 2016-cı ildəki araşdırmada ispandillilər, ahıllar, 30.000 dollardan aşağı qazancı olan ev təsərrüfatlarında yaşayanlar və orta məktəb diplomu olan və ya orta məktəbi bitirməyənlər ictimai kitabxanada olmadığını bildirənlər arasında üstünlük təşkil edib.

Bununla birlikdə, 2015-ci ilin araşdırması göstərib ki, eyni demoqrafik qrupların bəziləri öz cəmiyyətlərində və ailələri üçün kitabxanaların əhəmiyyətini qəbul edib: zənci və ispandilli böyüklər, aztəminatlı ailələr, 30 yaş və yuxarı yaşda olanlar yerli kitabxanaların onlara və ailələrinə “çox yaxşı” xidmət göstərdiyini söyləyib.

Tərcümə: Strateq.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.