Ekalogiya və Təbii Sərvətlər Nazirliyi buna niyə göz yumur?
Bu barədə “Kainat.tv” yə Xocalı rayonundan olan məcburi köçkün, hazırda Oğuz rayonu, Böyük Söyüdlü qəsəbəsində məskunlaşan Məzahir Vəliyev müraciət edib.
Məzahir Vəliyev müraciətində ağacların kütləvi soyqrıma məruz qaldığını, bir qrup cavabdeh şəxslərin meşədən öz şəxsi biznesləri kimi istifadə etdikləri barədə əsaslı, VİDEO faktlara istinad edib.
Qanunsuz şəkildə meşələrin talan olunması barədə 6 saylı Ekalogiya İdarəsinin rəisi Ziya Cəbrayılova, sahə müdiri Eyvaz Əliyevə və Oğuz – Qəbələ Regional Meşə İdarəsinin müdiri İlqar Qəribova dəfələrlə müraciət etdiyini bildirən Məzahir Vəliyev qeyd etdi ki, cavabında mənə “Meşə bizimdir dağıdırıq, əlin hara qəlbidir, ged qoy ora”.
Bu barədə Ekalogiya və Təbii Sərvətlər Nazirinin birinci müavini Firdovsi Əliyevə zəng edərək Oğuz meşələrində ağacların kütləvi qırılması haqda ətraflı məlumat verərək, VİDEO və FOTO faktları da ona göndərmişəm.
Bununla yanaşı 17-dən çox teleqram vurmağıma baxmayaraq heç bir tədbir görülməyib. Məzahir Vəliyev iddia edir ki, meşə talançılarının arxasında İlqar Qəribovun yaxın dostu, Ekalogiya və Təbii Sərvətlər Nazirinin birinci mavini Firdovsi Əliyev, tələbə yoldaşı və kirvəsi Ağaqardaş Qaraşov dayanır.
Cənab Prezident Nazirlər Kabinetinin 13 aprel 2014-cü il tarixli iclasındakı nitqində bildirmişdi ki, ağacların qanunsuz yollarla kəsilməsinin yolverilməz olduğunu və belə bir hallara qol qoyan şəxslərə qarşı ciddi mübarizə tədbirlərinin görülməsini, eyni zamanda həmin şəxslərin birbaşa məsuliyyətə cəlb olunmalıdır…
Yəqin ki, Firdovsi Əliyev və Ağaqardaş Qaraşov da ölkə başçısının bu çıxışından xəbərdardırlar.
Təqdim edəcəyimiz faktlarda nöqsanlar öz əksini tapmışdır.
Mənbə bolgexeber.com