Rusiyanın YENİ PLANI – Putin göstəriş verdi

25-11-2019, 16:25   

Rusiya-NATO geopolitik qarşıdurmasının Azərbaycana da təsirləri olacaq.

Politoloq Məhəmməd Əsədullazadə Rusiya prezidenti Vladirmir Putinin ötən həftə Təhlükəsizlik Şurasının iclasında dediyi fikirlərə münasibət bildirib.

Politoloq hesab edir ki, Putinin burada verdiyi mesajlar region üçün və qlobal müstəvidə müəyyən problemlərdən xəbər verir:

“Rusiya Azərbaycanla qonşu ölkədir və Moskvanın atdığı siyasi-hərbi və iqtisadi addımlar Cənubi Qafqaza təsirsiz ötüşmür. Xüsusilə Moskvanın Qarabağ münaqişəsinin həllində dominanat rolunu nəzərə alsaq, Putinin beynəlxaq müstəvidə apardığı siyasət ölkəmizə təsir edən əsas faktordur. Rusiya prezidenti təhlükəsizlik iclasında NATO-nun Şərqə genişlənməsindən, Kosmosun silahlandırılmasndan, yeni konfliktlərin ortaya çıxmasından danışdı və Rusiyanın hərtərəfli buna qarşı hazırlaşması göstərişini verdi. Göründüyü kimi Rusiya nəinki iqtisadi sanksiyalarla geri çəkilir, daha da öz periferiyasını genişləndirmək planına malikdir. Bu arada, ABŞ Rusiyaya qarşı əlavə sanksiyaların tətbiq edilməyəcəyini elan etdi”.

Politoloq qeyd edib ki, NATO-nun baş katibi Yens Stoltenberq Alyansın genişləndirlməsi və Rusiyaya qarşı dayanaqlı şəkildə mübarizə aparılmasını vurğulamaqla, rəsmi Moskva ilə daha da dərin probelmelərin olacağı mesajını verdi:

“Putinin Təhlükəsizlik Şurasının iclasını keçirməsi NATO baş katibinin bu açıqlmasından narahatlığının ifadəsi idi. Hazırda NATO Cənubi Qafqazda öz siyasi-hərbi planlarını Gürcüstan üzərindən həyata keçirir. Bundan əlavə, Şərqi Avropa istiqamətindən Rusiya ilə geosiyasi toqquşmadadır. Ona görə də Rusiya çox narahatdır. Gürcüstanda NATO-nun fəlaiyyəti Rusiyanın regionumuza qarşı daha da aqressiv siyasət aparmasına gətirib çıxarır. Rusiyanın bu aqressiv siyasəti birbaşa regionda münaqişələrin həllini dalana dirəyir, sülh imkanlarını sıfıra yaxınlaşdırır. Bu da Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin davam etməsini şərtləndirir. NATO-nun Cənubi Qafqazda rolu burada münaqişlərin beynəlxaqq hüququ çərçivəsində həllini özündə ehtiva edir. Amma Rusiyanın burada Ermənistan üzərindən varlığı və aqressiv tonları separatizmin və işğalın davamlılığını artırır, yeni problemlər ortaya çıxarır”.

M. Əsədullazadə bildirib ki, Putin Təhlükəzilik Şurasının iclasında nəinki sülhə hazırlaşmaq, daha da kəskin siyasət aparılmasına işarə etdi:

“Bu o deməkdir ki, Rusiya yaxın perspektivdə münaqişələrin həlli deyil, daha da idarə edilməsi planına malikdir. Rusiyanın Azərbaycanın əsas problemi olan Qarabağ münaqişəsinin həllində vasitəçiliyinə gəldikdə isə, Moskva münaqişənin həllini bütün variantlarına imkan verməyəcək, danışıqlarının manipulyasiyasını həyata keçirəcək. Çünki, beynəlxaq hüquq çərçivəsində konfliktin həlli Moskvanın NATO ilə regionda maraq toqquşması çərçivəsində imkanlarının itirilməsi deməkdir. Rusiya bundan sonra Ermənistana silah verilməsini reallaşdıracaq, münaqişənin həllinə imkan verməyəcək. Bununla paralel Azərbaycanla ona görə əlaqələri inkişaf etdirəcək ki, təsir imkanlarını əlində saxlasın”.

Politoloq vurğulayıb ki, NATO-nun Cənubi Qafqaz siyasəti ilə paralel Azərbaycanın Rusiya ilə yaxınlaşması Qarabağ münaqişəsinin həllinə müsbət təsir etməyəcək:

“Çünki yeni geopolitik çağırışlarda NATO Rusiya geosiyasi toqquşmasında Azərbaycan avrointeqrasiya kursunu həyata keçirməlidir. Qərbin Qarabağ münaqişəsinin həllində dəstəyini tam itirə bilərik. Artıq proseslər Qərbdə Azərbaycanın leyhinədir, amma bunun əksi yaşana bilər”.  /Redaktor.az/

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.