Bakıda daha 6 tələbə qız zəhərləndi - Açıqlama

26-11-2019, 12:47   







 
   
08:38
Bakıda daha 6 tələbə dəm qazından zəhərlənib.
Bu barədə Axar.az-a Səhiyyə Nazirliyindən məlumat verilib. Tələbə qızların təcili tibbi yardımla 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirildiyi bildirilib.
Nazirlikdən verilən məlumatda tələbələrin Xəzər Universitetində təhsil aldığı və Qara Qarayev prospekti 76 ünvanında kirayə qaldıqları mənzildə zəhərləndikləri qeyd edilib.
Xəzər Universitetinin İctimai Əlaqələr və Media üzrə direktoru Əlövsət Əmirbəyli Axar.az-a açıqlamasında zəhərlənən tələbələrdən 3-nün Xəzər Universitetinin, 2-nin Bakı Dövlət Universitetinin, 1-nin İqtisad Universitetinin tələbəsi olduğunu söyləyib:
“Zəhərlənənlərdən Nazlı Qazıyeva İqtisad Universitetinin, Aysun Osmanlı və Hüryetər Mahmudova Bakı Dövlət Universitetinin, Nəzakət Heydərli, Aysun Rəcəbli və Ləman Salmanlı isə Xəzər Universitetinin Humanitar fakültəsinin tələbələri olub. Onlar mətbəxdəki dəm qazından zəhərləniblər, hazırda vəziyyətləri normaldır”.
Ə.Əmirbəyli polisin məsələ ilə bağlı araşdırma apardığını bildirib.
***
Səhiyyə Nazirliyinin sonuncu yaydığı məlumata görə, dəm qazından zəhərlənmə ehtimalı ilə KTM-ə gətirilən 6 tələbə lazımı tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Xatırladaq ki, noyabrın 21-də Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında 3 tələbə qız qidadan zəhərlənmişdi. Nəticədə tələbələrdən biri - Şəkər Xasmətova dünyasını dəyişmiş, ikisi isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.