“Azərbaycan demokratik cəmiyyətdir. Hərə bir partiya yaradır. Əli İnsanovun partiya yaratmasını da normal qarşılamaq lazımdır”.
Bu sözləri Modern.az-a Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev söyləyib.
“Keçmiş səhiyyə naziri Əli İnsanovun partiya yaratmasını da top-tüfənglə qarşılmağa ehtiyac yoxdur. Amma kimsə Qərbi azərbaycanlıların əksəriyyətinin Əli İnsanovun partiyasında olacağını düşünürsə, səhv edir. Müasir Müsavatda da əksəriyyət Ermənistan azərbaycanlılarından ibarətdir. Məsələn, mənim müavinlərimdən biri Balakəndən, digəri Cənub bölgəsindədir. Halbuki, heç vaxt Azərbaycanı regionlara bölməmişik”.
H.Hacıyev deyib ki, ictimai-siyasi meydanda bir qrup var ki, ara qarışdırmaqla məşğuldur: “Bizim qarşımızda Dağlıq Qarabağ kimi böyük problem dayanır. Heç bir ambisiyaya qoşulmadan Qarabağı azad etmək uğrunda hamımız bir yerdə olmalıyıq”.
H.Hacıyev Əli İnsanovla əməkdalıq haqqında hələlik düşünmədiyini söyləyib:
“Gözləyək partiya formalaşsın, görək hansı əqidəyə qulluq edir, siyasi ideoloji xətti nədən ibarət olacaq. Təbii ki, biz heç bir partiya ilə düşmənçilik etmək istəmirik. Azərbaycanın dövlətçiliyinin qorunmasına, Dağlıq Qarabğın azad olunmasına birlikdə olmalıyıq”.