Ötən ay Almaniyada öldürülən azərbaycanlı iş adamı ilə bağlı təfərrüatlar üzə çıxıb. Criminal.az xəbər verir ki, iş adamı A.Məmmədovun meyiti ötən ay Berlin şəhərində göldən tapılıb.
Əldə etdiyimiz məlumata görə, avqustun 29-dan itgin düşmüş A.Məmmədovu öldürdükdən sonra yandırıblar. Onun meyidini daha sonra gölə atıblar. Təxminən 14 gün sonra göldə qayıq sürən alman naməlum bir kişi meyidi görür və həmən polisə zəng vurur. Məlum olur ki, ölən şəxs azərbaycanlı iş adamı Anar Məmmədovdur. Mərhumun nəşi Azərbaycana, doğum yurdu Astaraya gətirilərək dəfn edilib.
İlkin ehtimala görə, A.Məmmədov kriminal qruplaşma tərəfindən qətlə yetirilib.
A.Məmmədov tanınmış mama-ginekoloq Samirə Tağıyevanın qardaşıdır.