Məmur Qarabağ qazinin atasını döydü: "Deyib ki, oğlunu erməni öldürməyib, mən öldürəcəm" - FOTO

28-11-2019, 11:01   

Məmur Qarabağ qazinin atasını döydü:

Cəlilabad rayonunda aprel döyüşləri zamanı ölümcül yaralanan hərbiçi İsmət Məmmədovun atası məmur tərəfindən döyülüb. Bu barədə Criminal.az saytına döyülən Mehman Məmmədov özü məlumat verib. 

M.Məmmədovun sözlərinə görə, Biləsuvar rayon su-kanal idarəsinin rəisi Zaur Məmmədov rayonun Sabirabad kəndi ərazisində onun qarşısını kəsərək hücum edib: "20 ildir Zaurun əlindən zülm çəkirik. Noyabrın 24-də isə mənə qarşı etdiyini bağışlayan deyiləm. Həmin gün oğlumun yanına gedirdim, meyvə satılan yerdə dayandım. Maşının qarşıma verərək saxladı, nalayiq söyüşlər söydü. Sonra mənə zərbələr vurmağa başladı. Heç heyvanı belə vurmazdılar, məni elə döyürdü".
Şikayətçi deyir ki, oğlu 7 il gizir kimi xidmət edib. Aprel döyüşləri zamanı Talış kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə ağır yaralanıb. 1 il Hərbi Hospitalda müalicə olunub. Bədənində 86 tikiş var.
"Oğlum hospitaldan çıxandan sonra keçmiş başçı Əziz müəllim veteranlar evin oğluma verib ki, işləsin. Zaur ora su çəkilməli idi. Çəkmədi, ordan çıxarıb Biləsuvara göndərdilər. Hər gün sərxoş halda bizi təhqir edir. Azərsu rəhbərliyinə teleqram vurmuşam ki, belə insanları niyə işlədir? Mən hazırda xəstəxanadayam"-deyə M.Məmmədov bildirdi. 

 Z.Məmmədov Əlikram Hümbətovun müavini Naib Məmmədovla 
Qazinin atası daha sonra əlavə etdi ki, Z.Məmmədov əvvəllər Əlikram Hümbətovun dəstəsində olub, onun müavini Naib Məmmədovla şəkilləri də var: "Sonradan özünə saxta veteran vəsiqəsi düzəltdirdi. Hamını Qarabağ döyüşlərində yaralanan kimi təqdim edir, amma mən dəqiq bilirəm ki, o müharibədə deyil, avtomobil qəzasında xəsarət alıb". 

İsmət Məmmədov hospitalda müalicə olunarkən 
Aprel qazisi İ.Məmmədov isə bildirdi ki, keçmiş başçı ona əkin üçün torpaq verib və bunu Z.Məmmədov həzm etmir: "Atamın qohumudur, amma mənə torpaq verilməsi bunu hiddətləndirib. Keçmiş başçı Əziz müəllim mənə taxıl əkmək üçün 2 hektar torpaq vermişdi. Zaur kəndi ayağa qaldırmaq istəyirdi ki, torpaq məndən alınsın. Hər dəfə mənlə rastlaşanda söyüşlər söyürdü. Bir-iki həftə əvvəl zəng edib təhqir etdi. Noyabrın 24-də isə Sabirabad kəndinə girəcəkdə atamı döyüb. Atama deyib ki, sənin oğlunu erməni öldürməyib, mən öldürəcəm. Atam baş və bədənindən xəsarət alıb, daxili orqanları zədələnib. Həkim rəyi alınıb. Atam polisə gedərək ifadə verib".
Baş verənlərlə bağlı Z.Məmmədovla əlaqə saxlamaq istəsək də, mümkün olmadı. Criminal.az-ın əməkdaşının telefon zənglərinə cavab vermədi. 
İsmət Məmmədov
Zaur Məmmədov
İsmət Məmmədov
İsmət Məmmədov
İsmət Məmmədov

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.