Axar.az Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Orucla Milli Məclisin buraxılması ilə bağlı müsahibəni təqdim edir:- YAP SŞ deputatlarını geri çəkmək və Milli Məclisin buraxılması üçün Prezidentə müraciətlə bağlı qərar qəbul elədi. Ümumiyyətlə, bu qərar nə ilə əlaqədardır? Ölkə başçısının BDU-nun 100 illik yubiley mərasimindəki çıxışında yaşlı məmurlarla bağlı bəyanatları olmuş, gənclərlə bağlı mesaj vermişdi...- Düşünürəm ki, ölkə rəhbəri qeyd etdiyiniz çıxışda yaş amilindən daha çox, məhz baş amilinə diqqət çəkmiş, insanların cəmiyyətdə, dövlət həyatında, idarəetmə sistemində, hökumətdə baş verən bu köklü yeniləşmə prosesində hansı tələbləri və istəklərinin nəzərə alındığını qabartmışdı. Bu üzdən çox açıq söyləmək lazımdır ki, hakim partiyanın bu qərarı son dərəcə cəsarətli, düzgün və zamanın çağırışlarına, ilk növbədə isə dövlət rəhbərinin 2018-ci ildən - yenidən prezident seçilməsindən sonra elan etdiyi kursun tələblərinə tamamilə uyğundur.
Biz 11 yanvardan start götürən, öz miqyasına, struktur tərkibinə, instutisional mahiyyətinə, hədəflərinə, bütün digər hakimiyyət qollarına əhatə etməsinə görə yaşadığımız 2019-cu ili Azərbaycan həyatının mühüm bir yol ayrıcı, yeni mərhələsi, yeni kurs dönəmi kimi qiymətləndirmişdik. Və o zaman təbii, haqlı olaraq belə bir sual yarana bilərdi ki, bu yeniləşmə prosesləri parlamenti, o cümlədən məhkəmə sistemini nə dərəcədə əhatə edəcək?
Burada zəruri olan başqa önəmli məqam ondan ibarətdir ki, biz artıq yeni bir hökumətdən danışırıq. Bu yaxınlarda Milli Məclisdə büdcə müzakirələri zamanı bir mənzərə diqqətimi çəkdi. MM-ə təşrif buyuran, orada yer alan nazirlərdən böyük əksəriyyəti fərqli şəxslərdir. Hansı ki, biz 2015-ci ildə formalaşmış bir Məclislə yeni büdcəni müzakirə etməkdə idik. Bu isə avtomatik olaraq vacib sualları meydana çıxarırdı ki, MM-in tərkibi bu qeyd etdiyimiz suallara, istəklərə, prosesin tələblərinə nə dərəcədə uyğundur? Onlar seçici qarşısında məsuliyyətlərini hansı formada yerinə yetirə bilirlər? Vətəndaş düşüncələri tribunaya nə dərəcədə gəlib çatır? O cümlədən dövlətin siyasi kursunda iştirak, hüquqi proseslərdə aktivlik, Azərbaycan dövlətinin əleyhinə olan proseslərdə siyasi sipər rolunu oynamaq, MM-in ifasında alınırmı? Açıq demək lazımdır ki, bu məsələdən çıxış edəndə biz görürdük ki, burada xeyli boşluqlar, problemlər mövcuddur.
Bizə indi sual verəndə ki, bəlkə burada hansısa şəxslərin hökumətin sıralarında yer alan keçmiş məmurlara bağlı olması ilə əlaqədardır? Əlbəttə, hesab edirəm ki, bu, müəyyən bir element kimi təhlil edilə bilər. Ancaq fundamental məsələ Azərbaycanda yeni formalaşması gözlənilən, arzulanan Milli Məclisin Prezident İlham Əliyevin yürütdüyü siyasətə, yeniləşən icra hakimiyyəti sisteminə, hökumətə uyğun olmasıdır. Bu siyasi balansı təmin etmək lazımdır.
Yenilənir...