İranda benzinin bahalaşmasına etiraz aksiyalarının təşkilatçıları arasında Mərkəzi Kəşfiyyat İdarəsi ilə bağlı şəxslər də olub.
Cebhe.info xəbər verir ki, bu barədə İRNA ölkənin əks-kəşfiyyat xidmətindəki mənbəyinə istinadən yazıb.
Mənbə bildirib ki, bu şəxslərə ABŞ pul ödəyib və onlar aksiyalarda iştirak edərək daha sonra bu barədə hesabatlar hazırlayıblar.
Onlar əsasən vətəndaş jurnalistikasının təmsilçiləri olub. Ancaq İRNA mənbəyinə istinadən heç bir ad çəkməyib.
Xatırladaq ki, aksiyalar zamanı 6 agentin saxlandığı bildirilib, onlardan 12-si ölkəni tərk etmək istəyərkən saxlanılıb.
Xəzər
Cebhe.info