Dəyərli oxucular, bildirmək istəyirəm ki, bu gündən etibarən mən
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə
köməkçisi-şöbə müdiri deyiləm, bundan sonra öz fəaliyyətimi elmi
yaradıcılıq istiqamətində davam etdirəcəyəm.
Xüsusi olaraq vurğulayım ki, mən öz siyasi karyerama Heydər Əliyev
kursunun sadiq əsgəri kimi başlamış, 25 il bu kursa, bu kursun
davamçısı olan cənab İlham Əliyevə sədaqətlə xidmət etmişəm və bundan
sonra da bu kursa xidmət edəcəyəm. Mənim Azərbaycan dövlətçiliyinə,
Heydər Əliyev siyasi kursuna və İlham Əliyevin yürütdüyü siyasətə
sədaqətim dəyişməzdir. Hər kəsin bilməsini istəyirəm ki, mən həmişə
Heydər Əliyev ideyalarının daşıyıcısı, İlham Əliyevin siyasi kursunun
dəstəkçisi olaraq qalacağam. Azərbaycanda başlamış yeniləşmə kursuna
inanır, həyata keçirilən islahatların ölkəmizə və xalqımıza uğurlar
gətirəcəyinə əminliyimi ifadə edirəm.
Cəmiyyətimizin bütün təbəqələrini bundan sonra da Heydər Əliyev siyasi
kursuna dəstək verməyə və cənab İlham Əliyevin ətrafında sıx
birləşməyə çağırıram.