İŞİD Azərbaycandan özünə üzvlər toplayır
Axar.az xəbər verir ki, bu informasiyanı İranın İRNA agentliyi yayıb.
Agentlik İŞİD-in hələlik əsas hədəfində olacaq ölkələrdən birinin Azərbaycan olduğunu qeyd edib:
"Azərbaycan İŞİD-in siyahısında əsas yerlərdən birini tutur. İŞİD-in aktivliyi onu göstərir ki, hətta təhlükədən uzaq olan Yaxın Şərq ölkələri də artıq ciddi risklər alırlar. İŞİD-in özünə üzv topladığı ölkələrdən biri də Azərbaycandır. Bunu ölkənin daxilindəki müəyyən orqanlar da təsdiqləyir”.
İRNA agentliyinin informasiyası ilə yanaşı bu gün yayılan video da yeni maraqlı suallar ortaya çıxardıb. Videoda bir neçə Azərbaycan dövlət nişanlı avtomobilin müəyyən edilməmiş istiqamətdə hərəkəti əks edilib. Süjetdə bir qrup şəxsin təkbir çəkərək "Allahu-Əkbər!” şüarı səsləndirdiyi görünür.
Qeyd edək ki, hələlik Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi də daxil olmaqla, digər güc strukturları olaya münasibət bildirməyib.