Paytaxtda yerləşən Laçın rayon 35 saylı orta məktəbin direktoru və müəllim heyəti dərs saatlarında məktəbi tərk ediblər.
Bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
Qeyd edilir ki, bu gün məktəbə gedən şagirdlər geri qayıdıblar:
"Müəllim kollektivi kitab-dəftərlərini yığaraq, məktəbi tərk edib. Bunu görən şagirdlər də geri qayıdıblar. Valideynlər çox narahatdır. Direktora zəng edəndə bildirib ki, "Təhsil Nazirliyinin bundan xəbəri var, şikayət etməyin”.
Məsələ ilə bağlı Laçın rayon 35 saylı orta məktəbi ilə əlaqə saxlamaq cəhdlərimiz uğursuz alındı./publika.az/