İcbari tibbi sığortadan imtina etmək olarmı? – RƏSMİ CAVAB

6-12-2019, 17:47   


Xəbər verdiyimiz kimi, 2020-ci il yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılması gözlənilir. Prezidentin imzaladığı “Tibbi sığorta haqqında” qanun da yanvarın 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, yanvar ayının 1-dən mərhələlərə bölünməklə dövlət büdcəsinin vəsaiti hesabına bütün əhali üzrə təqvim ili üçün adambaşına 90 manat icbari tibbi sığorta haqqı ayrılacaq.

Maraqlıdır, vətəndaşlar icbari tibbi sığortadan könüllü imtina edə bilərmi?

Turkustan.info xəbər verir ki, lent.az -ın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, “Tibbi sığorta haqqında” qanuna əsasən icbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, sığorta hadisəsi zamanı sığortaolunanlara icbari tibbi sığortanın maliyyə mənbələri hesabına və xidmətlər zərfi çərçivəsində sığortaolunanların tibbi yardım almasını təmin edir:

“Qanunun 15-1 maddəsinə əsasən icbari tibbi sığortanın əsas prinsiplərindən biri də sığorta haqlarının sığortalıların müntəzəm ödəməsinin məcburiliyidir.

“Tibbi sığorta haqqında” qanunun pozulmasında təqsirli olan hüquqi və fiziki şəxslər Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar”.

Əlavə edək ki, qanuna edilən dəyişikliyə görə, icbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə agentliyin müəyyən etdiyi ardıcıllıq nəzərə alınmaqla, 2020-ci il ərzində mərhələli tətbiq olunacaq.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.