KONKRET.az-ın redaksiyasına daxil olan məlumata görə, kanala yeni müavin təsdiq edilib. Və telekanalın rəhbəri Şamxal Həsənovun tezliklə işdən kənarlaşdırılacağı deyilir.
“Xəzər”TV-də artıq təhvil-təslim işlərinə də start verilib və bəzi əşyaların daşınmasına başlanılıb.
Qeyd edək ki,
Şamxal Həsənov Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin keçmiş müdiri
Əli Həsənovun oğludur. Və onun mətbuat və televiziya təcrübəsi olmadığı halda uzun illər belə məsuliyyətli vəzifəni hansı əsaslarla tutması ilə bağlı mətbuatda əsaslı yazılar dərc edilirdi.