Uakaari vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 5-ə çatıb.
Publika.az xəbər verir ki, 20 nəfər yaralıdır. İtkinlər var.
Vulkanın külü 3 min 658 metrə yüksəlib.
Partlayışdan əvvəl Bəyaz adada 50-dən çox turistin olduğu ehtimal edilir.
***
12:40
Yeni Zelandiyanın Baş naziri Yakinda Ardern sosial media hesabından yayımladığı canlı mətbuat konfransında Uakaari vulkanının püskürdüyü əsnada Bəyaz adada 50 nəfərə yaxın insan olduğunu deyib.
Publika.az xəbər verir ki, Baş nazir hadisə zamanı 23 nəfərin xəsarət aldığını, 5 nəfərin öldüyünü açıqlayıb. Yaralılardan 7-nin vəziyyəti kritikdir.
Yeni Zelandiya polisi adada hələ də köməksiz vəziyyətdə qalanların olduğunu bildirir və ölü sayının artacağını ehtimalı edir.
Hadisə şahidi olan balıqçı Den Hervi vulkan püskürməsinin daha əvvəl gördüyü nüvə bombası partlayışına bənzədiyini deyib.
***
09:39
Yeni Zelandiyanın Bəyaz adasındakı Uakaari vulkanı püskürüb.
Publika.az xəbər verir ki, ilkin məlumata görə, 20 nəfər xəsarət alıb. Onların turist ola biləcəyi ehtimal edilir.
Yerli vaxtla 14:30-da vulkandan kül buludları qalxmağa başlayıb. Adaya xilasedici helikopterlər göndərilib. Yerli əhaliyə pəncərələrini açmamaları və evdən çıxmamaları barədə tövsiyələr verilib.
Qeyd edək ki, Uakaari son dəfə 2001-ci ildə püskürmüşdü.
Xatırladaq ki, Uakaari dünyanın ən təhlükəli 12 vulkanı siyahısında 5-ci yerdədir.
Zümrüd