Bakının Yasamal rayonunda intihar edən qızın kimliyi müəyyənləşib. "Qafqazinfo"nun məlumatına görə, özünü hündürmərtəbəli binadan ataraq intihar edən Qırtımova Sevinc İlham qızı Azərbaycan millisinin və "Keşlə"nin müdafiəçisi İlkin Qırtımovun bacısıdır.
Məlumatı Qırtımovlar ailəsinə yaxın olan şəxslər təsdiqləyiblər. S.Qırtımovanın hansı səbəbdən intihar etdiyi hələ ki, bəlli deyil. Əslən Zaqataladan olan S.Qırtımova bir müddət idi ki, Bakıda işləyirdi.
Faktla bağlı araşdırma aparılır.