Video əlavə olunub.***
Ermənistan Türkiyəyə qarşı təxribata əl atıb.Publika.az xəbər verir ki,
“Western Armenian” televiziya kanalı Türkiyənin Iğdır şəhərini Ermənistan ərazisi kimi göstərib.
Havanın çirkliliyi ilə bağlı hazırlanan süjetdə Iğdır şəhəri Qərbi Ermənistan torpaqlarının tərkib hissəsi kimi əks olunub.
Türkiyə Azərbaycan Dostluq Dərnəyinin baş katib köməkçisi, Iğdır Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal bu addımı “Böyük Ermənistan” xülyasının tərkib hissəsi kimi dəyərləndirib: “Türk düşməni olan ermənilər hər fürsətdə xəyallarını ortaya qoyurlar. Hazırda yaşadıqları İrəvan belə tarixi türk torpaqlarıdır. Qərbi Azərbaycanın bir parçasıdır”.
Saxta Erməni İddialarına Qarşı Beynəlxalq Mübarizə Assosiasiyasının (ASİMDER) baş katibi Göksəl Gülbəy isə Qərbi Ermənistan adlı hökumətin Fransanın dəstəyi ilə qurulduğunu, həmin ərazilərdə yayımlanan TV kanalının təxribatının yolverilməz olduğunu deyib: “Avropada yaşayan və 1915-ci ildə Osmanlı imperatorluğundan deportasiya edilən erməni ailələrin nəvələrinin başlatdığı bu hərəkat Fransa və Ermənistan tərəfindən dəstəklənir. Televiziya kanalı Iğdır və 20-yə yaxın Şərqi Anadolu və Cənub-şərqi şəhərlərimizi qondarma Qərbi Ermənistanın torpağı kimi göstərib. Ermənistanın Türkiyə torpaqlarının bir hissəsinə iddiasının olduğunu bilirik, məhz bu yayıma icazə verməklə onlar bu tələblərini açıq şəkildə otaya qoyurlar. Bu, müharibə elanıdır”.
Zümrüd,Video: Sevinc Xanqızı[media=//www.youtube.com/watch?v=Ajtyryam2HM]