Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində baş verən yanğın söndürülməsi istiqamətində işlər davam etdirilir.
Musavat.com xəbər verir ki, tikinti materiallarının yanğından mümkün qədər mühafizəsi məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin ərazidəki müvafiq qüvvələri səfərbər olunub.
Qeyd edək ki, yanğınla əlaqədar hadisə yerinə artıq 5 həkim briqadası cəlb olunub, 6 nəfərə yerində yardım göstərilib, 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, 1 nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib.
Yanğın yerindən fotoreportajı təqdim edirik:
Əli Rais,
Musavat.com