ZEYNƏB XANLAROVA DA ABŞ-a KÖÇÜB - "Azərbaycana az-az gəlir..."

11-12-2019, 15:05   


“Zeynəb Xanlarova hazırda Amerikada yaşayır. Azərbaycana az-az gəlir. Gələndə də gələcək planları barədə bizə məlumat vermir". Bu fikirləri Modern.az-a Azərbaycan Milli Məclisin deputatı, xalq artisti Zeynəb Xanlarovanın köməkçisi Mələk Bayramova xanım sənətçinin 9 fevralda keçirləcək növbədənkənar parlament seçkilərinə qatılıb-qatılmayacağı barədə danışarkən deyib.

Deputatın köməkçisi bildirib ki, Zeynəb Xanlarovanın yenidən deputat seçilmək istəyindən xəbəri yoxdur: "Yaxşı olar ki, bu barədə Zeynəb Xanlarovanın özünə müraciət edəsiniz".

Qeyd edək ki, bu ayın sonlarında - dekabrın 28-də Zeynəb Xanlarovanın 83 yaşı tamam olacaq.

Zeynəb Xanlarova uzun illərdir Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.

Belə ki, o, 1985-ci ildən indiyə kimi deputat mandatı daşıyır. 

Son günlər sosial şəbəkələrdə 83 yaşlı sənətkarla bağlı müxtəlif iddialar yayılıb...

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.