İsrailin Azərbaycandakı keçmiş səfirinə korrupsiya ittihamı

8-07-2014, 20:27   
İsrailin Azərbaycandakı keçmiş səfirinə korrupsiya ittihamıİsrail dövlətinin Azərbaycandakı keçmiş səfiri Artur Lenk ölkəsində korrupsiyada ittiham olunur.
[center]Modern.az xəbər verir ki, A. Lenk korrpusiya qalmaqalı və silah ticarəti ilə məşğul olan milyarderlə əlaqələrdə ittiham olunur. Belə ki, hazırda İsrailin Cənubi Afrika Respublikasında səfiri olan diplomat Ayvor İçikoviçdən bahalı bəxşişlər almaqda şübhəli bilinir.
A. Lenk öz facebook- səhifəsində CAR-lı biznesmenlə keçirdiyi istirahət anlarını, bir gecəsi 1700 dollara olan mehmanxanada gecələməsini və həyat yoldaşı, 3 qızı ilə birlikdə safari səyahətlərini təsvir edən fotoları paylaşıb. Güman olunur ki, milyarder İçikoviç Lenkin bütün xərclərini şəxsən ödəyib. Halbuki İsrail Xarici İşlər Nazirliyinin xidməti təlimatları bunu qəti qadağan edir.
Qeyd edək ki, Artur Lenk 2005-2009-cu illərdə İsrailin Azərbaycandakı səfir olub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.