"Təhsil Nazirliyi hər 5 ildən bir universitetin lisenziya müddətini uzadırdı. Lakin, bu dəfə uzatmadı. Haqqımızda deyilən səbəblər tamamilə əsassızdır. Gəlib hər kəs şahid ola bilər”.
Bu barədə AzVision.az-a açıqlamasında fəaliyyəti dayandırılan Azərbaycan İctimai-Siyasi Universitetin rektoru Rasim Nəbiyev deyib.
Rektor Təhsil Nazirliyinin ali təhsil müəssisəsinin şəraitinin əlverişsiz olması barədə iradlarını qəbul etməyib.
"Gəlib özünüz baxa bilərsiniz. Bizim qapılarımız hər kəsə açıqdır. Dərslərimiz kimlərdənsə götürülən ayrı-ayrı mənzillərdə yox, Topçubaşovun evində keçirilir. Topçubaşovun da evi elə-belə ev ola bilməz axı”,-deyə Rasim Nəbiyev əlavə edib.
R.Nəbiyev tələbələrin hansı universitetlərə köçürülməsi məsələsinə də toxunub. Onun sözlərinə görə, köçürmə məsələni Təhsil Nazirliyi həyata keçiriləcək: "Köçürmə məsəsələni nazirlik baxır. Tələbələr hansı universitetlərə istəsələr, onlara da köçürüləcək”.
Qeyd edək ki, ötən gün Təhsil Nazirliyi İctimai-siyasi universitetin lisenziya müddətinin uzadılmaması barədə qərarı ictimaiyyətə açıqlayıb. Bildirib ki, Universitetin maddi-texniki bazasının yerində yoxlanılması göstərib ki, ayrı-ayrı şəxslərdən icarəyə götürülmüş mənzillərdə yerləşən bu ali təhsil müəssisəsində yaradılmış şərait minimal tələblərinə uyğun gəlmir.
Nazirlik universitetdə təhsil alan 566 tələbənin mərkəzləşdirilmiş qaydada başqa universitetlərə köçürüləcəyini bildirib. Təhsil xərclərinin isə artırılmayacağını qeyd edib.