KEÇMİŞ ABŞ RƏSMİSİNİN ƏMİRLİK ÜÇÜN CASUSLUQ PROQRAMI:DREAD əməliyyatçıları “Google”, “Hotmail” və “Yahoo” e-poçtlarını da hədəfə alıblar

12-12-2019, 14:28   

Nəsim Əhməd

“Middle East Monitor”, 11.12.2019

 

“Reuters”-in araşdırması nəticəsində “əl-Qaidə” terrorçularını izləmək üçün hazırlanan casus proqramının Körfəz monarxiyası tərəfindən müxaliflərin izlənməsindən ötrü istifadə edildiyi ortaya çıxıb.

Terror təhlükəsi ilə mübarizə məqsədilə hazırlanmış gizli əks-nəzarət bölməsinin çox sayda qurbanları arasında hətta BMT, dünya futbol qurumu FIFA, regional rəqib Qətər, habelə “Google” və “Yahoo” da daxil olmaqla, bir sıra ABŞ şirkətləri var.

ABŞ-ın sabiq antiterror ustadı Riçard Klark, onlarla digər rəsmi şəxslə yanaşı, keçmiş casus və hökumət adamlarının öz bacarıqlarını xarici ölkələrə təhvil verməsinə imkan verən boşluqlarla bağlı Vaşinqtondakı ciddi narahatlığın əsas memar olub.

BƏƏ kimi avtoritar hökumətlər mülki insanları hədəf alaraq ciddi təhdidlərlə mübarizə üçün hazırlanmış texnologiyadan sui-istifadə edə biliblər.

Prezident Bill Klinton və Corc Buşun köməkçisi olmuş Riçard Klark 11 sentyabr terror hücumundan sonra daha geniş casusluq səlahiyyətlərinə sahib olaraq, yüksək hökumət vəzifəsindən ayrılıb və 5 il sonra BƏƏ-nin casus proqramını hazırlamaq üçün müqavilə imzalayıb.

Terrorla mübarizə üzrə sabiq rəhbər şəxs çox milyon dollarlıq müqavilənin icrasını təmin etmək üçün Milli Təhlükəsizlik Agentliyinin (NSA) keçmiş əməliyyatçılarını və digər elit Amerika kəşfiyyat veteranlarını işə götürüb.

2008-ci ildə Klark dəhşətli gizli bir bölmə yaratmağa kömək edib: DREAD – Tədqiqat, Layihələndirmə, İstismar və Təhlil İdarəsi.

2011-ci ildə, “Ərəb Baharı” bölgədəki hər bir avtoriteti  süpürməyə qadir olduqda, terrorizmlə mübarizə üçün hazırlanan proqram BƏƏ tərəfindən aktivistləri və siyasi müxalifləri ovlamaq üçün istismara verilib. Körfəz dövlətinin avtokrat hökmdarları etirazçılara və monarxiyanın digər tənqidçilərinə qarşı rəqəmsal casusluğa başlayıblar.

DREAD hədəflərinə tanınmış insan hüquqları müdafiəçisi Əhməd Mansur kimi fəallar daxil idi. BƏƏ-də insan hüquqları ilə bağlı narahatlıqlarını vurğulayan ingilis fəallar da DREAD əməliyyatçıları tərəfindən hədəfə alınıb.

Bölmə BƏƏ casuslarına “Microsoft Word” və “Adobe Flash”-dakı nöqsanlardan istifadə etməyə imkan verən vasitələr hazırlayıb. Elit “hacking” vasitələri, Qətər əmiri də daxil olmaqla, media nümayəndələri və rəqib xarici liderlərin “iPhon”larına uzaqdan girmək imkanı verib.

Yüzlərlə dövlət məmuru və Yaxın Şərqdəki bütün rəqib xarici hökumətlər ABŞ-ın keçmiş təhlükəsizlik casusları tərəfindən hazırlanmış vasitələrdən istifadə edilməklə hədəfə alınıblar.

Klark BƏƏ ilə işinin təfərrüatlarını açıqlayıb və hər cür qanun pozuntusunu rədd edib. O, BƏƏ-yə kiber nəzarət agentliyini yaratmağı tövsiyə etdikdən sonra şəxsi şirkəti – “Good Harbor Consulting”-in bu sistemin qurulmasına kömək etmək üçün işə götürüldüyünü söyləyib. Klarkin sözlərinə görə, plan ABŞ Dövlət Departamenti və NSA tərəfindən təsdiqlənib və “Good Harbor Consulting” ABŞ qanunlarına əməl edərək, terrorçuları izləyə biləcək bir bölmə yaradıb.

Sabiq amerikalı diplomatın qurduğu DREAD vasitəsilə onlarla Amerika rəsmi BƏƏ-yə Əmirlik hökuməti tərəfindən düşmən kimi qəbul edilən minlərlə insanı hədəf alan geniş nəzarət əməliyyatını həyata keçirib.

Proqramın təkmilləşdirilməsi Vaşinqtonda podratçı mədəniyyətinin qanuni və tənzimləyici boşluqlar sistemindən faydalanmasının bir nümunəsi olaraq görülür. Həmin boşluqlar amerikalıların izlənilməsi qadağasını adlamağa imkan verib. DREAD əməliyyatçılarının “Google”, “Hotmail” və “Yahoo” e-poçt hesablarını hədəf aldıqları deyilir. Yəni nəhayət, genişlənən nəzarət qurğusu Amerika vətəndaşlarını əhatəsinə alıb.

DREAD-ın xarici bir ölkə ilə işinə dair narahatlıqlar üzə çıxdıqda, Klark və başqa milli təhlükəsizlik xadimləri bu səylərin ləğv etdirib.

2011-ci ilin “Ərəb Baharı” nümayişləri bölgəni sarsıdıb, Əmirliyin təhlükəsizlik mütəxəssisləri DREAD-ın hədəflərini antiterrorizmdən “milli təhlükəsizlik hədəfləri” adlandırılan ayrı bir kateqoriyaya keçirməyə başlayıb. Bu texnologiya müxaliflərə və siyasi təhlükə olaraq görülən digərlərinə qarşı basqılara kömək edib.

Əməliyyatlar insan haqları qruplarına, BMT-nin Nyu Yorkdakı ofislərinə və FIFA rəhbərlərinə qarşı genişləndirilib. Sonuncu qurum BƏƏ-nin Körfəzdəki rəqibini utandırmaq üçün sızdırıla bilən Qətərin Dünya Kuboku təklifi haqqında zərərli məlumatların oğurlanması üçün hazırlanmış bir hiyləyə məruz qalıb. FIFA rəsmilərinin Dünya Kuboku təklifini verməsi müqabilində Qətərdən rüşvət alması iddiaları 2014-cü ildə mediada yayımlanan xəbərlərlə ortaya çıxıb.

BƏƏ-nin Körfəzdəki rəqibini ləkələmə səyləri – 2022-ci ildə FIFA-nın Dünya Kubokuna ev sahibliyi etmək şərəfini ləğv etmək – üçün kampaniyada igilis mühafizəkar millət vəkili və Londonda fəaliyyət göstərən PR firmasının xidmətlərindən istifadə olunub. Uzun sürən kampaniyanın təfərrüatları “New York Times”-da açıqlanıb.

2012-2015-ci illər arasında nəzarət proqramı ilə ayrı-ayrı komandalara rəqib hökumətlərin hamısını “hack” etmək tapşırılıb, proqramın diqqəti əks-terrorizmdən geosiyasi düşmənlərə qarşı casusluğa keçib.

Toqquşma güclənib. 2015-ci ilə qədər hədəf seçimi ilə əlaqədar olaraq Əmirliklə amerikalılar arasında qarşıdurmanın yarandığı deyilir. ABŞ-la əlaqəli bəzi qurumlar hədəf alınmağa başlandıqda, “qırmızı xətt” adlanıb. BƏƏ komandası amerikalı həmkarlarının nəzarət məlumat bazalarına girişi məhdudlaşdırıb, dosyelərə “Yalnız Əmirlik üçün” işarəsi qeyd edilib.

2015-ci ilin sonlarına yaxın BƏƏ müqaviləni ləğv edib və səlahiyyətlər BƏƏ-nin kiber kəşfiyyat idarəsinin kommersiya qolu olan “DarkMatter”-ə verilib.

Tərcümə: Strateq.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.