Azərbaycanın ən böyük və ən müasir mebel istehsalçılarından biri olan Qardaşlar Mebel şirkəti gələn il üçün olan planlarını açıqladı. Şirkətin rəhbəri Əli Mirzəyev cari ili dəyərləndirərək bildirib ki, 2019-cu il “Qardaşlar Mebel” üçün uğurlu olub, qarşıya qoyulan hədəflərə nail olunub: “Bu il də qeyri-neft sektorunun inkişafına ayrılan diqqət yerli istehsal həcmimizin artmasına öz təsirini göstərdi. Müştəri məmnuniyyəti, şirkətimizə və məhsulumuza etibar əvvəlki illərdə olduğu kimi bu ildə müsbət tendensiya ilə davam etdi. “Qardaşlar Mebel” 2019-cu ildə “İlin Mebel İstehsalçısı” nominasiyasına layiq görülüb. Bu və digər nailiyyətlərimiz bizi qarşıdan gələn il üçün daha böyük hədəflər qoymağa və daha iri layihələri həyata keçirməyə həvəsləndirir. “
2020 – ci il üçün planlara gəldikdə isə şirkət rəhbəri strateji inkişaf xəritəsinin geniş olduğunu qeyd etdi: “Biz əvvəlki illərdə olduğu kimi bu il də insan kapitalına yatırım etməyə davam edəcəyik. Fabrik əməkdaşlarının daha da peşəkar olması üçünmüvafiq istiqamətlər üzrə təlimlər təşkil etməyi planlaşdırırıq. Növbəti ildən başlayaraq müştərilərin maarifləndirilməsi istiqamətində də bir çox işlər görməyi hədəfləyirik. “QardaşlarMebel” olaraq müştəri vərdişlərinin öyrənilməsinə fokuslanaraqistehsal etdiyimiz mebellərə daha çox praktiklik qatmağı planlaşdırırıq.”
Məhsullarının xarici bazarlara ixrac olunması haqqında məlumat verən Əli Mirzəyev bu məsələnin prioritet təşkil etdiyinisöylədi: “Biz “Made in Azerbaijan” brendi altında istehsaletdiyimiz mebellərimizin xarici bazarlara çıxartmaqda maraqlıyıq. Bu istiqamətdə müəyyən nəticələr əldə etsək də, bununla kifayətlənmək istəmirik. Biz bilirik ki, istehsaletdiyimiz mebel digər dünya markaları ilə yan-yana durmağalayiqdir. Hədəfimizə çatmağımız Azərbaycanımızın xaricdə təbliğatı baxımından da çox önəmlidir. Bu səbəbdən biz bu istiqamətdə əlimizdən gələni etməyə çalışacayıq” – deyə Əli Mirzəyev bildirib.
Link –
https://gardashlar.com/DOSYE.ORG