Siçan (1960, 1972, 1984, 1996, 2008 və 2020)İlin sahibi öz işarəsinin nümayəndələrini bütün gücü ilə himayə edəcək. Sadəcə özünə inanmaq və vaz keçməmək lazımdır. Bu il payınıza düşən bütün sınaqların öhdəsindən ləyaqətlə gələcəksiniz.
Öküz (1961, 1973, 1985, 1997, 2009)Öküz ilində dünyaya gələnlər üçün 2020-ci il asan olmayacaq. Problemlərin həlli üçün bütün qüvvələri səfərbər etmək lazım olacaq, bu, ayaqda qalmağa və ciddi itkilərin qarşısını almağa kömək edəcək. Şübhəli qazanc izi ilə getməyin, haram pul Siçan ilinin xoşuna gəlmir.
Pələng (1962, 1974, 1986, 1998, 2010)Pələng ilində dünyaya gələnləri gələn il şəxsi həyatda və yaxınları ilə münasibətlərdə problemlər gözləyə bilər. Birlikdə həll yolu axtarsanız, çətinliklər və xəyal qırıqlığı uzun sürməyəcək. Təmkinli olmağa çalışın.
Dovşan və ya pişik (1963, 1975, 1987, 1999, 2011)Ehtiyatlı olun. Ani dəyişikliklərdən uzaq olmağa çalışın, ili mənəvi böyüməyə həsr edin. Yeni bacarıqlar qazanıb, maraqlı hobbi tapın. Əsas odur ki, sakit və yaradıcı bir iş olsun.
Əjdaha (1964, 1976, 1988, 2000, 2012)Əjdaha, Siçanın güzəştə getmədiyi əsas rəqibidir. Çətin olacaq. İdeallarınız üçün sona qədər vuruşun. Zərərlər qaçılmazdır, ancaq inam və geniş əlaqələr sayəsində onları minimuma endirə bilərsiniz.
İlan (1965, 1977, 1989, 2001, 2012)Bu il hiyləgər İlanlar Siçanın qəti təbiəti ilə öz seçimləri arasında tarazlıq tapacaq. İl asan olmayacaq, ancaq hər şeyi öz xeyrinizə bağlaya bilərsiniz. Detallara diqqət yetirin.
At (1966, 1978, 1990, 2002, 2014)Bu işarənin nümayəndələri üçün uğurlu bir ildir, ən başlıcası, hər kiçik detalla özünüzü məhv etməyin. Daha az emosiya və daha çox məntiq - bu, münaqişələrin həllinə və yenilərinin qarşısını almağa kömək edəcək. Ailənizə yetəri qədər vaxt ayırın, əks halda ailə üzvləriniz özlərini tərk edilmiş hiss edəcək.
Qoyun, ya da keçi (1967, 1979, 1991, 2003, 2015)Peşəkar sahədəki irəliləyiş sizə inamla ayaqda durmağa imkan verəcək. Ancaq hər şey istədiyiniz kimi rəvan getməyəcək. Sözlərinizdə diqqətli olun, şəxsi məsələlərinizi digər insanlarla daha az müzakirə edin.
Meymun (1968, 1980, 1992, 2004, 2016)İntuisiyaya qulaq asın. O, sizi məyus etməyəcək və səhv qərarlardan qoruyacaq. Tələsik nəticələr qəbul etməyin, amma çox da gecikməyin.
Xoruz (1969, 1981, 1993, 2005, 2017)Orta dərəcədə eqoizm və bədbinlik. Küsülü olduğunuz insanlarla münasibətləri bərpa edin, bəlkə də məhz onlar mövcud problemlərin aradan qaldırılmasında sizə kömək edəcək. Köməkdən imtina etməyin. Sağlamlığa diqqət yetirin, 2020-ci ildə xüsusilə qorunması lazımdır. Siçan xoşagəlməz sürpriz hazırlaya bilər.
İt (1958, 1970, 1982, 1994, 2006, 2018)Bütün il fırtınalı olacaq. 2020 sıçrayış ili olduğundan yayınmağa və şərtlərə təsir göstərməyə çalışın. Problemlərin axını ilə getməyin, eyni zamanda əks istiqamətə də ehtiyac yoxdur - çox güc itirəcəksiniz.
Qaban (1959, 1971, 1983, 1995, 2007)Bu il vəhşi Qabanları sevgi gözləyir. Böyük, təmiz və gözəl... Yaranan ilk çətinliklərdə darıxmamağa çalışın. Sonra hər şey qaydasına düşəcək, başınıza xoşbəxtlik quşu qonacaq.
Aytən Məftun