Livanın paytaxtı Beyrutun beynəlxalq aeroportunda Rusiya və Azərbaycan vətəndaşları saxlanılıb.
Virtualaz.org xəbər verir ki, bu haqda “Moskovskiy Komsomolets” yazır.
Məlumata görə, onlar iri məbləğdə saxta pulları Livandan çıxarmaq cəhdi zamanı tutulublar. “Onların çantasında böyük miqdarda saxta kupyurlar olub. Əsasən dollarlar tapılıb”,-aeroportdakı mənbə bildirib. Saxlanılan şəxslərin İstanbula uçmağa hazırlaşdıqları deyilir, onların kimliyi göstərilmir.
Virtualaz.org