Blogger Tural Yusifli Qazax rayon Quşçu Ayrım kəndində lentə aldığı və evinin təmirə ehtiyacı olduğunu deyən şəhid anası, 75 yaşlı Əsmər Cəfərovanın videosunu sosial şəbəkədə paylaşıb.

Qazax rayon İcra Hakimiyyəti  başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova sözügedən video ilə bağlı Unikal.org-a açıqlama verib.



Başçının müavini  qeyd edib ki, şəhid  anasına kömək etməyimiz üçün o, mütləq icra hakimiyyətinə gəlməlidir:

"Belə konkret məsələ ilə bağlı heç nə deyə bilmərəm. İcra hakimiyyətinin  şəhid ailələri ilə bağlı problemi yoxdur. O qadın gəlsin görək, nə istəyir. Ondan sonra məsələyə baxaq".

Elvin Rüstəmli