İŞİD yenə dünyanı qorxuya saldı

9-07-2014, 11:54   
İŞİD yenə dünyanı qorxuya saldıRəsmi Bağdad paytaxtın şimal-qərbindəki kimyəvi silah anbarının “İraq-Şam İslam Dövləti” tərəfindən ələ keçirildiyini rəsmən BMT-yə bildirib.
Axar.az xəbər verir ki, həyəcan təbili çalan İraqın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Əli Əl-Hakim tərəfindən Baş katib Pan Ki-Muna verilən məktubda iyunun 11-də Bağdad yaxınlığındakı “Muthanna” kimyəvi silah anbarının terrorçular tərəfindən ələ keçirildiyi qeyd olunub.
Məktubda o da vurğulanıb ki, İraq hökuməti bölgədəki sabitliyin pozulması səbəbindən buradakı kimyəvi silahları məhv etmək üçün götürdüyü öhdəliyi yerinə yetirə bilməyəcək.
Xatırladaq ki, Mosul və ətraf əraziləri işğal edən İŞİD, Bağdadı təhdid edərək iyunun 29-da İraqda Xilafət qurulduğunu elan etmişdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.