Mehriban Xanlarova BİBİSİNDƏN nələr yazdı

18-12-2019, 20:53   

“Son günlərdə sosial şəbəkələrdə, dünya şöhrətli Zeynəb xanım Xanlarova haqqında həqiqətə uyğun olmayan təbliğat xarakterli məlumatlar yazılır. İlk növbədə bunu qeyd etmək istəyirəm ki, Zeynəb xanım kimi bütün dünyada nüfuz sahibi olan insanların haqqında hər zaman danışılır. Xəbər portallarında yazılıb ki, guya Zeynəb Xanlarova Amerikaya köçüb. Yalandır! Zeynəb Xanlarova vətənini, millətini, xalqını sevən insandır. Bu səbəbdən heç bir yerə köçməyib və köçmək fikri də yoxdur. O, çox sevdiyi Azərbaycanda, vətənində yaşayır”.

Bu sözləri Xalq artisti Zeynəb Xanlarovanın qardaşı qızı, Əməkdar artist Mehriban Xanlarova instaqramda yazıb. Aktrisa bibisinin Amerikaya köçməsi və orada xeyriyyə fondu yaratması barədə yayılan məlumatlara aydınlıq gətirib:

“Bilərəkdən Zeynəb xanımın adına Milli Məclisdə heç vaxt demədiyi sözləri, təklifləri yazırlar. Yayılan şayiələrə inanmayın! Onların məntiqi ilə düşünsək, Azərbaycan parlamenti ancaq Zeynəb Xanlarovanın qaldırdığı məsələləri həll edirmiş. Zeynəb Xanlarova az danışan, amma hər dəfə ən vacib məsələni qabardan barmaqla sayılacaq deputatlarımızdandır.

Zeynəb xanım hər zaman cəsarətli çıxışları ilə digər həmkarlarından fərqlənib. Ondan başqa kim Milli Məclisdə Xəzər dənizinin hasarlanaraq xalqın əlindən alınmasından danışıb? Kim işğal altında olan torpaqlarımızın azad edilməsi üçün müharibə etməkdən başqa çıxış yolumuzun olmadığını deyib? Və uzun illərdir Qarabağın qaytarılması ilə bağlı ATƏT-in Minsk qrupuna qulaq asmağımızın mənasız olduğunu dilə gətirib. Zeynəb Xanlarovadan başqa, kim xalqın maddi durumunun yaxşı olmadığını, Türkiyədə rastlaşdığı hadisəni cənab Prezidentə çatdırıb?

 


Xalq artistinin maliyyə imkanları ilə bağlı yayılan xəbərlərlə bağlı isə bunu deyə bilərəm ki, o, Allah tərəfindən verilən əvəzolunmaz səsi sayəsində qazandığı ruzini yeyir. Və qazandığı bu ruzini isə kimə, hara xərcləyər onun öz şəxsi məsələsidir. Heç kimə aidiyyəti yoxdur. Azərbaycan xalqının var-dövlətini öz şəxsi ambisiyaları üçün çapıb-talayan bəzi dövlət məmurları ilə Zeynəb Xanlarovanı səhv salmayın. Zeynəb Xanlarova kimi dünya ulduzları şəxsi maliyyə imkanları ilə bağlı kiməsə açıqlama vermək məcburiyyətində deyil.

Zeynəb Xanlarova Azərbaycan xalqının milli-mənəvi dəyərlərindəndir. Heç bir təbliğat xalqın ona olan sevgisini azalda bilməz”. (publika.az)

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.