Araz Əlizadəyə “yox” cavabı onu “xəstələndirdi”

19-12-2019, 11:36   
 

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri,  deputat Araz Əlizadənin səhhətində ciddi problem yoxdur. ANAXEBER.info-ya daxil olan məlumatda iddia olunur ki, Araz Əlizadənin xəstəxanaya yerləşdirilməsi parlament seçkilərilə bağlıdır. Bildirilir ki, Araz Əlizadə 9 fevral 2020-ci il tarixdə keçiriləcək növbədənkənar  parlament seçkiləri nəticəsində formalaşacaq Milli Məclisin yeni tərkibində yer almayacaq. Araz Əlizadə buna cəhd etsə də, ona “yox” cavabı verilib. ASDP sədrinin çıxdaş edilməsi isə onun cəmiyyətdəki reputasiyası ilə bağlıdır. Araz Əlizadə Milli Məclis barədə mənfi ictimai rəyin yaranmasına səbəb olan deputatlar kateqoriyasına daxildir. Məhz onun qalmaqallı açıqlamaları bütövlükdə parlamenti hədəfə gətirib. Araz Əlizadənin “oduna” digər deputatlar da “yanıb” və bu dəfələrlə baş verib. Hakimiyyət də bunun fərqində olduğundan yeni tərkibdə ASDP sədrinə yer ayrılmayıb. Bunun əksi hakimiyyətin islahatlar kampaniyasına ciddi zərbə olardı. Axı yeni parlamentin formalaşdırılması həm də islahatların tərkib hissəsi kimi təbliğ olunur. Məlumatda bildirilir ki, Araz Əlizadə “yox” cavabı aldıqdan sonra seçki prosesinə qatılmağın mənasız olduğunu düşünüb. Çünki inzibati dəstək olmadan səs toplaya bilməyəcəyi özünə də aydındır. Bu baxımdan Araz Əlizadə seçki prosesinə qatılmamaq üçün səbəb tapıb – xəstəlik. Xatırladaq ki, yayılan məlumatlarda Araz Əlizadənin böyrək çatışmazlığı diaqnozu ilə bir neçə gün öncə "Caspian International Hospital”a yerləşdirildiyi bildirilirdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.