İcra başçısının həbs edilmə səbəbi bəlli oldu – ŞOK

19-12-2019, 13:32   

Xəbər verdiyimiz kimi, Ağstafa rayon İcra hakimiyyətinin başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu və müavini Tatarov Ramiz Cahangir oğlu
Anaxeber.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, N.Quliyev dünən axşam saatlarında Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən rüşvət alarkən cinayət başında yaxalanıb.

Hazırda DTX-da saxlanılan başçının ətrafında axtarış və araşdırmalar davam etdirilir.

Gün ərzində hadisəylə bağlı rəsmi açıqlama veriləcək.

Qeyd edək ki, N.Quliyevin oğlu Ramin Quliyev Nərimanov rayon Məhkəməsində hakim işləyir, digər oğlu isə Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində vəzifə tutur.

Xatırladaq ki, N. Quliyev bu ilin aprel ayında Goranboy İcra başçısı vəzifəsindən azad edilərək Ağstafaya təyin edilmişdi.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.