“Mən məhkəmə qərarı ilə azadlığa çıxmışam. Bunun sizə və başqalarına nə aidiyyatı var? Siz niyə məndən bunu soruşmalısınız? Mən sizə başqa nəsə danışmayacam”.
“AzPolitika.info” xəbər verir ki, bu sözləri keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun bugünlərdə həbsdən şərti azadlığa buraxılan əmisi oğlu Vüqar Mahmudov “gununsesi.org” saytının əməkdaşının sualına cavab verərkən bildirib.
Xatırladaq ki, MTN ətrafında keçirilən əməliyyatlar zamanı Vüqar Mahumudov da saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə), 182.3.1-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.1-ci (əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda), 302.2-ci (eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə) və 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham elan olunub. Barəsində 4 aylıq həbs-qətimkan tədbiri keçirilib.
Bakı Hərbi Məhkəməsinin qərarı ilə V.Mahmudova 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. O, ibtidai istintaq və məhkəmə istintaqı dövründə həbsdə olduğu üçün cəzası başa çatmış hesab edilib və məhkəmə zalından azadlığa buraxılıb.
“AzPolitika.info”