Rusiya müxalifətinin öndə gedən simalarından olan Aleksey Navalnı sosial şəbəkələrdə Prezident Vladimir Putinin ən yaxın adamları Arkadi və Boris Rotenberq qardaşlarının Moskva yaxınlığındakı gözqamaşdıran villalarının görüntülərini paylaşıb.
O, bu şəkillərlə Putin hakimiyyətinin necə korrupsiyaya bulaşdığını göstərməyə çalışıb. Navalnı qeyd edib ki, hüquqi və ədalətli cəmiyyət qurmaq istəyən Rusiya dövlət başçısının əsl siması bu tip şəkillərdə aşkar şəkildə göstərilib. Hazırda ev dustağı olan Navalnı müqayisə də gətirərək, dünyada tanınan şəxslərin sadə həyat tərzi sürməsini onların hazırda yaşadıqları evlərlə göstərib./Axar.az/