Kəmaləddin Heydərovun şirkəti külli miqdarda cərimələndi

25-12-2019, 11:20   


Kəmaləddin Heydərovun şirkəti külli miqdarda cərimələndi
“Gilan Holdinq” MMC cərimələnib.

BakuPost.az-ın məlumatına görə, Yasamal rayon Məhkəməsi Maliyyə Bazarlarına Nəzarət Palatasının yazdığı protokola əsasən, şirkəti 896.628,8 ABŞ dolları məbləğində cərimələyib.


Şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) ilə təqsirli bilinib.

“Gilan Holdinq” MMC qərardan apelyasiya şikayəti verib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.