Bayram günlərində istirahət üçün regionlara üz tutmaq istəyənlər 5-10 min manat xərc çəkməlidir.
Cebhe.info xəbər verir ki, Azərbaycanda hotel qiymətlərinin baha olması bu xərci tələb edir. Belə ki, “Chenot Palace Qəbələ”də yalnız 29 dekabr-1 yanvar tarixləri boşdur. Həmin yerin qiyməti isə 7 min 541 manatdır. 31 dekabr gününə isə regionlarda yerləşən bütün 5 ulduz hotellər rezerv olunub.
Qeyd edək ki, regionlarda digər hotellərin 1 gecəlik qiyməti 300-700 manat civarındadır. Şou proqramlara qatılmaq üçün isə əlavə vəsait tələb olunur.
Vilayət Muxtar
Cebhe.info