İLHAM RƏHİMOV SEÇKİ İLƏ BAĞLI QƏRARINI VERİB - Putinin dostuna mənfi cavab verilib?

25-12-2019, 15:11   


Azərbaycanlı məşhur iş adamı, Rusiya prezidenti Vladimir Putinin tələbə yoldaşı və dostu İlham Rəhimovun parlament seçkilərinə qatılacağı barədə məlumatlar əsassızdır.

Bu barədə AzPolitika.info-ya ona yaxın mənbədən məlumat daxil olub.

Xatırladaq ki, İ.Rəhimov ötən ay mətbuata müsahibəsində parlament seçkilərinə qatılmaq istəyini açıqlamışdı. İş adamı bildirmişidi ki, əgər Tovuz camaatı istəsə, 106 saylı Tovuz-Ağstafa Seçki Dairəsindən namizədliyini irəli sürə bilər.

Əlbəttə, iş adamı bu açıqlama ilə siyasi hakimiyyətə mesaj verib və cavab gözləyib. İlham Rəhimovun seçkilərə qatılmamaq qərarına gəlməsi onun deputat olmaq istəyinə mənfi cavab alması ilə bağlı ola bilər.

Xatırladaq ki, iş adamı 2005-ci il parlament seçkilərində iştirak etsə də, mandat ala bilməmişdi. Sonrakı seçkilərdə o, bir neçə dəfə namizəd olmaq istəyini dilə gətirib, amma niyyətini reallaşdıra bilməyib.

AzPolitika.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.