ŞOK: Türkiyə daxil, 7 ölkə müharibəyə girir - Ankaradakı nüvə silahları və Yaxın Şərqdəki əl bombası...

4-01-2020, 13:13   
 

"Hücum sadəcə İrana deyil, Rusiya və Çinə də bir mesaj idi”.
Publika.az xəbər verir ki, bu sözləri Türkiyənin İstinyə Universitetinin Sosial Elmlər İnstitutunun professoru Fəxri Erenel deyib.

Professor bildirib ki, prezident Donald Tramp bu qərarı yaxınlaşan prezident seçkilərinə sərmayə üçün qəbul etməyib: “Yaxın Şərqdə əldən-ələ keçən əl bombasının üzüyünü ABŞ çəkdi. Hazırda bomba partlamaq üzrədir. Bundan sonra ABŞ-ın asanlıqla rahatlığa qovuşacağını düşünmürəm. İran mütləq reaksiya verəcək. ABŞ Pentaqonun istəyinə boyun əydi. Bu hərəkətin müharibəyə yol açacağını bilərək təsdiq etdi. Hazırda Qüds tuqayları ABŞ-ın bütün həssas nöqtələrini bilirlər. ABŞ hər hücumunda daha güclü və dirənişli İranı görəcək. Halbuki, İranda ciddi iqtisadi sıxıntılar vardı. İranı bu yolla zəiflətməyi Tramp da istəyirdi”.
Erenel bir neçə gün əvvəl Hind okeanında keçirilən Çin, Rusiya və İranın birgə hərbi təlimlərini xatırladıb: “Bu təlimlə Çin və Rusiya İranın yanında olduqlarını göstərdilər. Süleymaninin öldürülməsi məhz buna görə Çin və Rusiyaya bir mesaj oldu. İranlılar Süleymaninin qətlində əvvəlcə İsrail və Səudiyyə Ərəbistanını günahkar biləcək. Bu ölkələr risk altındadır. İranın Yaxın Şərqdə İnqilab Keşikçilərini güclü şəkildə yerləşdirdiyini bilirik. İraqda da qüvvətlidirlər. Mən ABŞ-ın “Böyük Yaxın Şərq” planı üçün yenidən düyməyə basdığını düşünürəm”.
Professor bu hücumdan Türkiyənin də yan keçməyəcəyini deyib: “İncirlik” və “Kürəcik” bazaları İran tərəfindən hücum hədəfi ola bilər. Bu da Türkiyəni müharibəyə doğru çəkə bilər. İranlılar bundan sonra birgə hərəkət edəcək. ABŞ düşmənini zəiflədərkən birdən-birə birlik olmasına, gücünə güc qatmasına vəsilə oldu, ona motivasiya verdi”.
Qeyd edək ki, sözügedən bazalarda ABŞ-ın nüvə başlıqlı raketləri və 0 saniyədə Pentaqona məlumat ötürən radiolakasiya sistemləri var.
Zümrüd
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.