Türk höküməti ilə "müharibə" vəziyyətində olan "Nurçu"lar yeni taktikaya keçib.
Teleqraf.com xəbər verir ki, 17 dekabr "Böyük rüşvət əməliyyatı"ndan sonra hökümətlə açıq qarşıdurmaya keçən Gülən camaatı rəsmi dairələrdəki əsas kadrlarını itirməyə davam edir. Sözügedən olaydan sonra təriqətdən qaçışları gizləmək üçün Fəthullah Gülənin və onun komandasının yeni həmlələrə keçdiyi bildirilir. Bu barədə Türkiyənin "Sabah" qəzeti məlumat yayıb. Belə ki, qəzetinin verdiyi məlumata əsasən, "Nurçu"lar təriqətdəki itkiləri və insanların "Xidmət" hərəkatına olan inamının azalmasını hiss etdirməmək üçün bağlı hücrə sistemindən mərkəzi sistemə keçib. Bağlı hücrə sistemində təriqət yayıldığı hər bölgədə ayrı bölmələr formalaşdırırdı. Həmin bölmələrə nəzarət üçün xüsusi seçilmiş "abi"lər yerləşdirilirdi. Hücrələrdəki tələbələr isə heç kimi tanımır və heç kimlə komtakta keçmirdi. Yuxarı idarəçilərlə adətən həmin "abi"lər əlaqə saxlayırdı. Ancaq 17 dekabr əməliyyatından sonra bu sistemin çökdüyü bildirilir. Tələbələr sürətlə bu qruplaşmadan uzaqlaşamağa başalyıb. Təşvişə düşən camaat idarəçiləri isə sistemi dəyişdirib. Yeni qaydaya əsasən, hər şey mərkəzdən idarə olunacaq. Bununla da "Nurçu"ların hələ də güclü olduqlarına dair mesaj vermək istədikləri vurğulanır.
"Xidmət" hərəkatındən çıxan iki tələbə son zamanlar baş verənlər barədə Türkiyənin "Sabah" qəzetinə danışıblar.
24 yaşlı E.K. :"Evlərdə adətən 5 nəfər qalırdı. Eyni evdə qalanların bir-biri ilə tanış olmamaları əsas prinsiplərdən biri idi. Getdiyimiz düşərgədə 15 nəfər olurdu. Son qatıldığım düşərgədə isə qat-qat artıq tələbə iştirak edirdi. Hər kəs təəccübləndi. Bununla bağlı bizə heç kim məlumat vermir, amma bizim tələblərin əksəriyyətinin evlərdən çıxdığını bilirik. Sadəcə bu cür izdihamlı tədbirlərlə "Daha güclüyük" demək istəyirlər. Baş verənlərdən sonra ayrılmaq istədiyimi dedim və məndən "Bizim çətin vəziyyətimizdə niyə belə bir qərar verdin" deyə soruşdular. Mən isə çox narahat olduğumu dilə gətirdim. Bütün təkidlərə rəğmən, orada qalmaq istəmədim".
23 yaşlı M.Ç. : "Son hadisələrdən sonra hər kəs evdən qaçmaq nistəyir. Sadəcə, çox tələbə qorxduğuna görə ayrıla bilmir. Eyni bölgədə qaldığım ev 6 dəfə dəyişdirildi. Buna səbəb isə yeni dostlarla tanış olmağım və darıxmamağım əsas göstərildi. Hər dəfə isə heç vaxt tanımadığım tələbələrlə qalmaq məcburiyyəti ilə üz-üzə gəlirdim. Əvvələr kiçik düşərgələrimiz olardı. İndi isə onlarla insan birdən düşərgəyə gedi. Bizə tələbə sayının artdığı deyilir, amma bunun yalan olduğunu bilirik".(teleqraf.com)