Ərdoğan Berlini niyə tez tərk etdi: Sisi və Haftar…

20-01-2020, 17:48   

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın planlandığından iki saat əvvəl Berlin konfransını tərk etməsinin səbəbi məlum olub.

 Türkiyə lideri sadəcə olaraq Berlin konfransından sonra liderlərlə birlikdə yemək masasında oturmayıb.

Buna səbəb isə Ərdoğanın Misir Prezidenti Əbdülfəttah Sisi və Liviyanın qiyamçı generalı Xəlifə Haftarla eyni masada əyləşmək istəməməsi olub.

Qeyd edək ki, yanvarın 19-da Berlində Liviyada sülhün əldə edilməsinə dair konfrans keçirilib. Konfransda Rusiya, Türkiyə,Misir, Fransa, Almaniya, İngiltərə başda olmaqla bir sıra dövlət və hökumət başçıları iştirak edib. Məqsəd Liviyada sülhə nail olmaq olub.

Ancaq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ dövlət katibi Mayk Pompeo konfransı tərk edib.

Adının açıqlanmasını istəməyən türk rəsmisi bildirib ki, Ərdoğanın Berlin konfransını yarımçıq tərk etməyib: “Bu məsələdə problem yoxdur. Sadəcə olaraq prezident konfransdan sonra yeməyə qalmayıb”.   /Teleqraf.com/

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.