Bu gün ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) uzunmüddətli müşahidə missiyasının əməkdaşları İtaliyadan Monika və Rusiyadan Yuri Şapavalov 108 saylı DSK-dan namizəd Cəfər Paşayevin seçki qərargaında görüş keçiriblər. Görüş ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) təşəbbüsü ilə baş tutub.
108 saylı DSK-dan namizəd Cəfər Paşayevin Mediaxeberleri.Az-a verdiyi məlumata görə görüşdə ümumi seçki durumu müzakirə olunub.
İlk olaraq imza toplama və qeydiyyat mərhələsindən danışdıq. Belə qənaətə gəldik ki, seçki günü işləməyi bacaran könüllü qrupundan, KİV və benəlxalq müşahidəçilərin iştirakının vacib olmasını bildirdik. Bundan əlavə Azərbaycanda fəaliyyət göstərən bütün Diplomatik Korpusları müşahidə aparmaq üçün dəvət edəcəyimizi bildirdik. Ağstafada şəffaf və demokratik seçkinin keçirilməsini bütün dünyaya göstərmək niyyətindəyik. Görüş zamanı Dövlət başçısının çıxışlarının və çağırışlarının insanlarda seçki prossesinə böyük inam yaratmasını xüsusilə vurğuladım!