Gündəlik dərmanların bəziləri xərçəngi sağaldır - Alimlər bu qənaətdədirlər

21-01-2020, 17:24   


Gündəlik dərmanların bəziləri xərçəngi sağaldır - Alimlər bu qənaətdədirlər

Diabet, artrit, alkoqolizm və digər xəstəliklərin müalicəsində istifadə edilən gündəlik dərmanların çoxu xərçəng hüceyrələrini öldürür.

Cebhe.info-nun xarici mətbuata istinadən xəbərinə görə, belə bir nəticəyə ABŞ-ın Dan-Farber Xərçəng İnstitutunun alimləri gəlib.

Mütəxəssislər, 4518 adda dərmanı xərçəng əleyhinə xüsusiyyətlərinə görə sınaqdan keçirmək qərarına gəliblər. Onların arasında 50-yə yaxın dərmanın xərçənglə mübarizə apara biləcək xüsusiyyətlərə malik olması təəccüblə qarşılanıb. 

Tədqiqatların nəticələri “Nature Cancer” jurnalında dərc edilib. Elm adamları sınanmış dərmanların bir hissəsinin xərçəng hüceyrələrini öldürdüyünü və bunun əvvəllər məlum olmayan sxemlərə görə baş verdiyini aşkar ediblər. 

"Bu dərmanların xərçəng hüceyrələrini necə öldürməsini aşkarlamaq yeni müalicələrin inkişaf etdirilməsi üçün başlanğıc nöqtəsidir", - deyə onkoloq Steven Corsello bildirib. 

Xatirə
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.