Sətəlcəm kimi başlayan yeni virus barədə nə məlumdur?

21-01-2020, 20:48   

ÇinFotonun müəllifiEPA

Çində son iki gündə yeni müəmmalı virusa yoluxma ilə bağlı hallar üç dəfə artıb.

Təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 200-dən artıqdır və üç nəfərin tənəffüs yollarının xəstəliyindən öldüyü bildirilib.

Sətəlcəm kimi başlayan bu virus barədə çox şey məlum deyil.

O "yeni koronavirus kimi görünsə də, ötürülmə potensialı və şəkli hələ də naməlumdur", Azərbaycan Səhiyyə Nazirliyinin cümə axşamı günü yaydığı məlumatında deyilir.

Yeni virusun genetik kodunun təhlili, onun digər insan koronaviruslarına nisbətən Sars ilə daha yaxından əlaqəli olduğunu göstərir.


Yeni virusun yayıldığı bölgələrə səfər edənlər nə etməlidir?

Azərbaycanın səhiyyə rəsmiləri və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) kəskin respirator xəstəlik riskini azaltmaq üçün bır sıra tövsiyələr verib:

Riski azaltmaq üçün nə etməli:

• Kəskin respirator xəstəliklərdən əziyyət çəkən insanlarla yaxın təmasda olmamaq;

• Əlləri mütəmadi yumaq, xüsusilə xəstə insanlar və onların ətraf mühiti ilə birbaşa təmasdan sonra;

• Canlı və ya ölü ferma, yaxud da vəhşi heyvanlarla yaxın təmasdan çəkinmək;

• Kəskin respirator infeksiyanın simptomlarını daşıyan sərnişinlər öskürərkən məsafə saxlamalı, öskürərkən və asqırarkən ağızlarını birdəfəlik istifadə üçün dəsmalla bağlamalı, əllərini yumalıdırlar.

Virusun yayılması barədə nə bilinir?

Virusun Yuhan şəhərindən Çinin digər böyük şəhərlərinə yayıldığı bildirilir.

Səhiyyə rəsmiləri ilk dəfə dekabr ayında Yuhan şəhərində ortaya çıxan infeksiyanı koronavirus xəstəliyi kimi müəyyən ediblər.

Virusun yayılmasının bir bazardan meydana gəldiyi güman edilsə də, rəsmilər və elm adamları bunun necə yayıldığını hələ ki, dəqiq müəyyənləşdirməyiblər.

İngiltərədəki mütəxəssislər BBC-yə bildiriblər ki, yoluxmuş insanların sayı rəsmi rəqəmlərdən çox ola bilər. Onlar bu rəqəmi 1700-ə yaxın olduğunu təxmin ediblər.

Çindən başqa, Taylandda iki, Cənubi Koreyada bir və Yaponiyada bir xəstəlik halları qeydə alınıb.

Mavi üz maskası taxmış qadınFotonun müəllifiAFP

O təhlükəlidirmi?

Çin rəsmiləri virusun bir adamdan digərinə yoluxması hallarının "olmadığını" deyirlər.

Çinin Milli Səhiyyə Komissiyası bildirib ki, hələ də virusun "qarşısını almaq və ona nəzarət etmək olar".

Öskürəndə və ya asqıranda otaqdan çıxmaq lazımdırmı?

Bununla yanaşı qurum xəbərdarlıq edib ki, virusun mənbəyinin, ötürülməsi və mutasiya üsullarının məlum olmadığını nəzərə alaraq yaxından nəzarətə ehtiyac var.

Yayılan xəstəlik Sars virusu ilə bağlı xatirələri yenidən canlandırıb. Sars virusu da koronavirus olub və o, 2002-ci ildə əsasən Asiyada yerləşən onlarla ölkədə 774 insanın ölümünə səbəb olub.

Həmçinin oxuyun:

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.