Dünən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) uzunmüddətli müşahidə missiyasının əməkdaşları 35 saylı Xətai üçüncü Seçki Dairəsindən deputatlığa namizəd, Ümid partiyasının sədri İqbal Ağazadənin seçki qərargaında görüş keçiriblər. Görüş ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) təşəbbüsü ilə baş tutub. İqbal Ağazadənin seçki qərargahından verilən məlumata görə, görüşdə ümumi seçki durumu müzakirə olunub. İqbal Ağazadə müşahidə missiyasının əməkdaşlarına imza toplama və qeydiyyat mərhələsindən danışaraq, hazırki təbliğat-təşviqat mərhələsinin gedişi haqda geniş məlumat verib.