Transfer əməliyyatlarını “1 qəpiyi belə gərəksiz yerə xərcləməmək” prinsipi ilə davam etdirən Türkiyənin “Beşiktaş” klubuna azərbaycanlı iş adası Mübariz Mənsimovdan dəstək gəlib. Musavat.com-un “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, Mübariz Mənsimov İstanbul klubunun çoxdandır “Çelsi”dən almaq istədiyi Demba Banın transferinə yardım edəcək.
Mübariz Mənsimov yaxın günlərdə yaxın dostlu, “Çelsi”nin sahibi Roman Abramoviçlə Bodrumda bir araya gələcək. İlkin məlumata görə, Mübariz Mənsimov Roman Abramoviçdən endirim istəyəcək və Demba Banın transferi üçün onu yola gətirməyəcə çalışacaq.